"Mən valideynlərimin razılığı olmadan evlənmərəm. Onlar kimi istəsələr, onu da alacam. Hətta o qız mənim istədiyim olmasa belə. Əsas odur ki, valideynlərimin ürəyincə olsun", - Bakı Dövlət Universitetinin müəllimi, 30 yaşlı Emin Musayev belə deyir.
Bu gün bir çox azərbaycanlı bəylərimiz evlənərkən qarşılarında iki seçim dayanır: ya sevdikləri, özlərinin bəyəndikləri qızla, ya da valideynlərinin bəyənib, məsləhət bildikləri qızla evlənmək. Bəziləri sevgidən imtina edib, valideyn seçiminə güvənib, ailə qururlar. Bəziləri isə heç kimi dinləməyib, ürəklərinin səsinə qulaq asırlar.
Bəs görəsən, nə etməli? Heç nəyə baxmayıb, istədiyin şəxslə evlənmək, yoxsa valideyn sözünə tabe olmaq? Bu sualları Regional Psixologiya Mərkəzinin baş həkimi Dəyanət Rzayev və psixoloq Sevinc Allahyarova cavablandırdılar.
Bəylərimizin bəziləri qızı valideyn üçün alır
Dəyanət Rzayevin dediyinə görə, keçmişdə qız və ya oğlan valideynlərin istəyi, razılığı olmadan evlənə bilməzdi. Hətta elə olurdu ki, hansısa valideyn oğullarından soruşmadan onun üçün qız alırdı. Və baxmayaraq ki, evli cütlük bir-birlərini sonadək sevmirdi, yenə də ayrılmırdı. Ya uşaqların xatirinə, ya da cəmiyyətdə bunun pis qarşılanacağından qorxduqlarına görə. Lakin indi zəmanə dəyişdiyindən, münasibətlər də dəyişib.
Psixoloq D.Rzayev məcburi nikahlara qarşı olduğunu bildirir:
"Əslində, valideynlər uşaqlarını bu cür məcburi evləndirməməlidirlər. Tutalım ki, xanım məcburi də olsa, ürəyi istəməsə də, nəyinsə xatirinə dözür. Lakin kişi nəyəsə göz yummur. O evliliyini gələcəkdə dağıtmasa belə, kənarda sevdiyi qızla münasibətini davam etdirəcək. Bu cür nikahınsa heç cür yaxşı nəticələnməyəcəyini hamı bilir.
Bu gün heç qızlarımızı məcburi ərə verə bilmirik, o ki qala bəylərimizi evləndirək. Axı indi XV-XVI əsrdə yaşamırıq. Unutmamaq lazımdır ki, bu gün XXI əsrdir. Və bu cür məcburi nikahların axırı boşanmaqla qurtarır.
İndi bəylərimizin bəziləri qızı valideyn üçün alır. Lakin bu, sağlam evlilik deyil. Əgər oğlan kimi isə sevirsə, sevdiyi qızla evlənməlidir. Öz sevgisinin arxasında sonacan durmağı bacarmalıdır. Çətin ki, istəmədiyi biri ilə sonadək evli qala bilsin. Bu səbəbdən də boşanmamaq üçün bu cür nikahlardan uzaq durmaq lazımdır".
Əgər oğlanın xasiyyəti zəifdirsə...
Psixoloq Sevinc Allahyarova isə hər şeyin insandan asılı olduğunu deyir:
"Əgər oğlan xasiyyətcə zəifdirsə, valideynlərin istəyinə qarşı çıxması heç də yaxşı nəticələnməyə bilər. Çünki çətin ki, bu cür ailələr sonunda dağılmasınlar. Zəif xasiyyətli biri həm valideyn, həm də həyat yoldaşı arasında daim seçim etməli olacaq.
Yox, əgər oğlan öz sözünü evdə keçirə bilirsə, onun üçün çətin də olsa, hər şeyi yoluna qoyacaq. Valideynlər qızı qəbul etməsələr belə, oğlan elə edə bilər ki, qıza qarşı fikir dəyişsin. Lakin ayrı evə çıxmaq şərti ilə. Ümumiyyətlə, cavan ailələr ayrı evdə yaşamalıdırlar. Çünki XXI əsrin qızları keçmişin qızları kimi deyillər. Qabaq gəlin başıaşağı, qayınana və qayınatanın sözündən çıxmayan idisə, indiki qızlarımız savadlı, hüquqlarını bilən və öz sözlərini deyəndirlər. Bu səbəbdən də gənc ailələr valideynlərdən nə qədər uzaq yaşasalar, bir o qədər yaxşıdır. Həm söz-söhbət az olar, həm də gənc ailənin işinə qarışan olmaz".
Bir çox qırılmış həyatlar qızların olur
Psixoloq güclə, kiminsə sözüylə ailə quranların məhəbbətdən məhrum olduqlarını qeyd etdi:
"Bir tavan altında iki özgə şəxs kimi yaşayan, bir-birinin şəxsiyyətini tanımayan cütlüklər, xüsusən qadınlar öz ərləri ilə ünsiyyət qurmurlar, heç nəyi bölüşmürlər və heç bir zaman qəlbən yaxın olmurlar. Heç kim düşünmür ki, bu qadınlar zərif məhəbbətdən məhrumdurlar. Evlilikdən sonra bir-birini tanımağa üstünlük verən cütlüklər bəzi hallarda ömürlərini bir-birlərini tanımadan bitirirlər. Bəzi hallarda isə bu evliliklər boşanmalarla nəticələnir.
Bir çox qırılmış həyatlar qızların olur. Kişi üçün heç bir problem yoxdur, birinci dəfə necə asan qız tapıb evlənmişdisə, yenidən elə asanlıqla evlənə, həyatını qura bilər. Məşhur Azərbaycan operasındakı kimi - "o olmasın, bu olsun".
Ən yaxşısı isə evlənərkən öz seçimini düzgün etməkdir. Pis, ya yaxşı, öz istədiyinlə həyat qurursan. Və sonunda heç kimi günahlandırmırsan".
Türkan Nadirqızı
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanlı kişilərin seçimi: sevdiyim, yoxsa valideynlərin qərarı?
21 Dekabr 2011 08:45
0 Şərh
Baxış: 2 465

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: gələn xəbərlər sizi sevindirə bilər
-
Azərbaycanda nazirə ağır itki - Qəfil ürəktutmadan öldü - FOTO
-
Hansı hallarda mənəvi zərərə görə kompensasiya tələb edilə bilər?
-
Uşaqlı qadınların əlavə məzuniyyət günləri nə qədərdir?
-
Nağdsız ödənişdə əngəl: Taksi sürücüləri kartla ödənişdən buna görə imtina edir
-
Eyni məhsul, kəskin qiymət fərqi: "Bahadırsa, almayın"
XƏBƏR LENTİ
-
Bakıda polisə müqavimət göstərən narkotacir ZƏRƏRSİZLƏŞDİRİLDİ
-
Valyuta məzənnələri dəyişdi - Avro bahalaşdı, lirə və rubl ucuzlaşdı, dollar isə...
-
"Bavariya"-"Flamenqo" matçında 6 QOL
-
Pakistanda yağışa görə 45 nəfər öldü
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
İyulun bəxtəvər bürcləri - pula pul deməyəcəklər
-
225 min sürücü 2025-ci ilin ən yaxşı avtomobilini seçdi
-
Dünya robot müharibəsinin astanasında: Həkim, daşıyıcı, minadüzən, nəhayət…
-
Qara pişik - Bədbəxtlik, yoxsa uğursuzluq?
-
Dolğu etdirmək istəyənlərə qorxunc xəbərdarlıq - Bədəniniz çürüyə bilər
-
Lizinqlə avtomobil alanların diqqətinə: Müqavilələri diqqətlə oxuyun!
-
Boşanma uşaqlarda ölüm riskini 55 faiz artırır - Narahatlıq doğuran yeni ARAŞDIRMA
-
Yaxın günlərdə xoş xəbər alacaq 5 bürc
-
"Vaxtında dönər aldıqlarım, indi cipdə gəzir"
-
Günün qoroskopu: gələn xəbərlər sizi sevindirə bilər
-
Nazir vurma cədvəlini bilmədi
-
Rusiyada baş verən hadisələr bu ölkədə diskriminasiya xarakterli siyasətin getdikcə daha da gücləndiyini göstərir - AÇIQLAMA
-
15 yaşa qədər qız uşaqları peyvəndlənsin – Həkimlərdan ÇAĞIRIŞ - VİDEO
-
Qaxda çoban iti sakinlərə hücum etdi - Durumları ağırdır
-
“Guya polisi görəndə qardaşlarımın ürəyi partlayıb” - VİDEO
-
“Qarabağ” formasında! - VİDEO - FOTO
-
Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI
-
Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyanın “Azərbaycan diasporu” adlı saxta teleqram kanalıyla bağlı açıqlama yayıb
-
Yekaterinburqda həbs edilən həmyerlimizin vəkili danışdı