Cəmiyyət

Eyni məhsul, kəskin qiymət fərqi: "Bahadırsa, almayın"

29 İyun 2025 12:21
Baxış: 598
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının müxtəlif bazarlarında və küçə ticarətində eyni məhsulun - xüsusilə də meyvə-tərəvəzin qiymətində ciddi fərqlər müşahidə olunur. Vətəndaşlar sosial şəbəkələrdə haqlı suallar səsləndirir:

Nə üçün bir satıcıda 5 manata təklif olunan meyvə, başqa bir satıcıda 15 manata satılır? Bu, rəqabətdirmi, yoxsa alıcının çaşdırılması?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Bizim.Media-ya açıqlamasında bildirib ki, bu cür fərqli qiymətlər rəqabət mühitinin bir parçasıdır və burada hər hansı inzibati müdaxiləyə ehtiyac yoxdur:

"Bazar iqtisadiyyatı şəraitində heç bir satıcıya qiymət qoymaq olmaz. Meyvədir - kimsə istəyir, baha satır. Bu onun haqqıdır. Amma alıcı da sərbəstdir, o qiymətə almaya bilər. Əgər biz qiyməti baha hesab ediriksə, almamaqla satıcını cəzalandıra bilərik. Bu, ən güclü ictimai təzyiq formasıdır".

Ekspertin sözlərinə görə, qiymətlərin tənzimlənməsi yalnız strateji məhsullarda - un, çörək, dərman, benzin və s. kimi sahələrdə tətbiq olunur:

"Meyvə və tərəvəz kimi qeyri-strateji məhsullarda isə bazar özü qiymətləri müəyyənləşdirir. Satıcı düşünür ki, həmin rayonda və ya küçədə alıcının ödəmə qabiliyyəti yüksəkdir, ona görə qiyməti qaldırır. Amma bu onun riskidir - əgər alıcı tapmasa, özü qiyməti aşağı salacaq. Bu zaman yeni qiymət balansı formalaşacaq", - deyə iqtisadçı əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.