Cəmiyyət

Azərbaycanda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazə halları artırıldı

1 May 2020 15:30
0 Şərh     Baxış: 1 389
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar artırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, 45.1.9-cu maddədə "və ümumtəhsil" sözü ", habelə "peşə təhsili və ümumi təhsil" sözləri ilə əvəz edilir. Hazırda isə 45.1.9-cu maddədə "Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda" sözləri göstərilir.

Beləliklə, peşə təhsili alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq hüququ veriləcək.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.