Cəmiyyət

Lənkəranda müəllimin meyiti quyuda tapıldı

23 Aprel 2020 23:41
1 Şərh     Baxış: 1 991
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lənkəranda yaşlı qadın ehtiyatsızlıqdan boğularaq dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhər sakini 1959-cu il təvəllüdlü Mirzadə Mirhəsən qızı Əskərovanın cansız bədəni yaşadığı ünvandakı su quyusundan tapılıb.

Qadının meyitini ilk olaraq bacısı aşkar edib. Bədbəxt hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir. Meyit müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Qeyd edək ki, M.Əskərova Lənkəranda 40 ildən çox bədən tərbiyəsi müəllimi işləyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.