Cəmiyyət

İşsiz kimi qeydiyyata alınanlardan 20 min şəxs üçün birdəfəlik vəsait köçürüldü

15 Aprel 2020 20:24
6 Şərh     Baxış: 3 288
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz kimi qeydiyyata alınan şəxslərdən daha 20 min nəfər üçün birdəfəlik vəsaiti bank filiallarına və poçt şöbələrinə köçürdü.

Nazirlikdən Milli.Az-a bildirilib ki, həmin şəxslərə işsiz kimi qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrələrinə bu barədə SMS göndəriləcək. Mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə almaqla, mesajda "Azərpoçt" MMC qeyd edilibsə - istənilən poçt şöbəsinə, bank göstərilibsə - həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edə bilərlər.

İşsiz şəxslərin birdəfəlik ödəmə ilə təminatına aprelin 9-dan başlanılıb və ödəniş prosesi gündəlik davam edir. Ötən 6 gündə Nazirlik tərəfindən artıq 120 min işsiz şəxs üçün birdəfəlik vəsaitin bank filiallarına və poçt şöbələrinə köçürülməsi təmin olunub.

Qeydiyyata alınan digər işsizlər də birdəfəlik ödənişlə təmin olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.