Cəmiyyət

Yaşar Nurinin həyat yoldaşı: "Başqalarının həyatına müdaxilə etməklə özünüzə xal qazanmayın"

15 Aprel 2020 10:02
1 Şərh     Baxış: 3 094
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım Nuriyeva media nümayəndələrinə müraciət edib.

O, ölkə.az-ın əməkdaşı ilə söhbətində o, bunları qeyd edib:

"Hörmətli media işçiləri! Mən Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva  sizə müraciət edirəm. Bizim qohumluq əlaqələrimiz bizim mətbəximizdir. Xahiş edirəm, bu mövzu ətrafında  ailələrimizi narahat etməyəsiniz. Mövzu ətrafın söz-söhbətlər əsassızdır, ailələrimiz mehribandır. Sadəcə, vaxt azlığından bəzən soyuqluq yaranır. Karantin bitdikdən sonra hər şeyi öz yolunda görəcəksiniz. Hamınıza can sağlığı ,işinizdə uğurlar və müvəfəqqiyyət arzulayıram. Əziz media işçiləri,ən yaxşısı Azərbaycan incəsənətinin nadir incilərini mediada işıqlandırın. Əsərlərin təhlilinə yer verin. Başqalarının həyatını işıqlandırmaqla, müdaxilə etməklə özünüzə xal qazanmayın. İnsanları maarifləndirin,  gələcək nəslin hansı mədəni irslə tərbiyə olunacağı haqqında düşünün".

Qeyd edək ki, müğənni Rüfət Axundovun verilişlərin birində dayısı, Xalq artisti Yaşar Nurinin sağlığında soyuq münasibətdə olduqları barədə verdiyi açıqlama mediada və sosial şəbəkələrdə ajiotaja səbəb olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.