Cəmiyyət

Karantin rejimini pozan 14980 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

12 Aprel 2020 11:28
2 Şərh     Baxış: 2 273
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 11.04.2020-ci il saat 00:00-dan 12.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1753 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Milli.Az-a Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib.

Qeyd olunub ki,  ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 14980 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.