Cəmiyyət

Elektron imza istifadəçilərinə yeniləməni yükləmək tövsiyə olunur

9 Aprel 2020 22:56
0 Şərh     Baxış: 1 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Sertifikt Xidmətləri Mərkəzi (MSXM) e-imza sertifikatının istifadə rahatlığını və aktivliyini təmin etmək üçün Kök Mərkəz tərəfindən təqdim edilən yenilənməni istifadəçilər tərəfindən  yükləməyi tövsiyə edir.

Mərkəzdən verilən məlumata görə, MSXM istifadəçilərin rahatlığı üçün sertifikatları mütamadi olaraq e-imza.az saytına yerləşdirir. Sertifikatınızın işlək olması üçün 2017-ci ilə aid olan bu sertifikat kompyuterə yüklənilməlidir.

Əks halda e-imza sertifikatından istifadə də problem yaranacaq.

İstifadə təlimatı ilə bu ünvandan tanış olmaq olar http://www.e-imza.az/uploads/instructions/Kok_Merkez_Sertifikat%C4%B1.pdf

Qeyd edək ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikt Xidmətləri Mərkəzi tərəfindən təqdim edilən e-imza sertifikatları bütün dövlət qurumlarında keçərlidir, onlayn sifariş etmək mümkündür, çatdırılma ödənişsizdir. Həmçinin, "elektron imza"dan istifadə tam pulsuzdur. Bir dəfə ödəniş edib əldə etməklə xidmət haqqı tutulmadan tam ödənişsiz 3 il müddətinə istifadə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.