Cəmiyyət

Hərbi qulluqçular yaşı 65-dən yuxarı şəxslərə ünvanlı yardım çatdırıblar - FOTO

9 Aprel 2020 20:56
0 Şərh     Baxış: 1 735
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimini nəzərə alaraq hərbi qulluqçular şəhidlərimizin 65 yaşdan yuxarı ailə üzvlərinə, yaşlı müharibə veteranları və əlillərə ünvanlı yardım çatdırıblar.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndələri və hərbi qulluqçular ailələri ziyarət edərək zəruri ərzaq məhsullarını və şəxsi gigiyena vasitələrini onlara təqdim ediblər.

Hazırda bu kateqoriyadan olan şəxslərin müəyyən edilərək onlara yardım edilməsi istiqamətində işlər davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.