Günün qoroskopu: bu gün vaxtından tez "yanırsınız"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - gün mürəkkəb və məsuliyyətli işlərin həlli üçün münasibdir. Bütün fikir ayrılıqlarını sakitcə aradan qaldıraraq iş ortaqlarınızla hamını məmnun edəcək əməkdaşlıq barədə razılığa gələ bilərsiniz.
Buğa - uzunmüddətli planlar qura, sənədləri imzalaya, irimiqyaslı layihələr üzərində işə başlaya bilərsiniz. Yaxın adamlarınızla ünsiyyət sizə sevinc bəxş edəcək. Kiminləsə münasibət qurmaq istəyirdiniz? Fəaliyyətə keçin, əsl vaxtıdır. Axşam ziyafətlərə, müxtəlif əyləncələrə qatılmaq olar. Arzusunda olduğunuz əhatəni tapmaq çətin olmayacaq.
Əkizlər - gün sizə çox uğursuz görünür. Müsbət tendensiyalar arabir varlığını hiss etdirir, amma əhvalınızın düzəlməsi üçün bu kifayət etmir. Xüsusilə vacib görüşlərə gedənlər, seminar və konfranslar keçirən, kütlə qarşısında çıxış edənlər üçün çətin olacaq.
Xərçəng - sadəcə sənədlər, alətlər və yaxud maraqlı bir kitabla başbaşa qalan Xərçənglərin vaxtı daha yaxşı keçəcək. Yaxınlarınızla münasibətləriniz hamar, amma bir az soyuqdur, bu isə sizi narahat edir. İnsanlar haqda dayaz düşünür, etibara layiq olmayan adamlara sirlərinizi verirsiniz.
Şir - bu günün çətinliklərinə baxmayaraq, yaxşı əhvalı və həyata nikbin baxışınızı qoruyub saxlayırsınız. Vaxtilə birlikdə oxuduğunuz və yaxud ümumi elmi maraqlarla bağlı olduğunuz insanlarla görüşlər üçün əla gündür.
Qız - işə köklənmək elə də asan deyil. Çünki fikriniz tamam başqa yerdədir. Həmkarlarınızla mübahisələr mümkündür. Çətin ki, rəhbərlik vəzifənizi yerinə yetirmək tərzinizdən razı qalsın. Pulları havaya sovurmağa meyllisiniz. Nə ilə bitəcəyi barədə isə heç fikirləşmirsiniz.
Tərəzi - emosional durumunuz elə də yaxşı deyil. Öz qələbələrinizə sevinmirsiniz. Bir çox Tərəzilər bu yaxınlarda yaranmış şəxsi problemləri səbəbindən narahatdırlar, qara fikirlərdən can qurtarmaq çətindir. Günün ikinci yarısında miqren və yuxusuzluqdan əziyyət çəkə bilərsiniz.
Əqrəb - məhsuldar gündür. İş görmək vaxtıdır. İrimiqyaslı işgüzar planlarınızı həyata keçirməyə çalışın. Xeyli məsələnin öhdəsindən gəlmək gücündəsiniz. Sizə şübhə edənlərə tam əksini sübut edə bilərsiniz. Vacib sənədlər, uzunmüddətli müqavilələr imzalaya bilərsiniz.
Oxatan - bu gün vaxtından tez "yanırsınız": təsadüfən uğursuzluğa düçar olursunuzsa, başladığınız işə olan bütün həvəsiniz itir. Axşam vəziyyət 180 dərəcə dəyişir. Qaraqabaq, qapalı birinə çevrilir, ünsiyyəti məhdudlaşdırırsınız. Yaxınlarınızın diqqəti və qayğısı sizi sevindirmək əvəzinə, daha da əsəbləşdirir. Sizinlə dil tapmaq çox çətindir.
Oğlaq - günün birinci yarısı enerjinizin aşıb-daşdığını hiss edəcəksiniz. Mürəkkəbliyindən, qarışıqlığından asılı olmayaraq istənilən işin qulpundan yapışmağa hazırsınız. Peşəkar ambisiyalarınız güclənir, yaradıcı planlarınızı həyata keçirmək həvəsiniz də artır.
Dolça - xoş sürprizlər gözləyin. Çoxdan düşündüyünüz bir planı həyata keçirmək şansınız yaranacaq. Hadisələrin uğurlu inkişafı maliyyə vəziyyətinizi yaxşılaşdırmağa imkan verəcək.
Balıqlar - işdə ciddi fikir ayrılıqları olacaq. Bunları aradan qaldırmaq üçün nəzakətli olmaq lazım gələcək. Düşündüyünüzü dilinizə gətirməyə tələsməyin. Amma yenə də "illah da deməliyəm!" niyyətindəsinizsə, öncə iki dəfə düşünün. Şəxsi maraqlarınız işdəki ilə heç üst-üstə düşmür, bu isə sizi təbdən çıxarır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
XƏBƏR LENTİ
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyanın yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb
-
Astarada qəza - 4 nəfər xəsarət alıb
-
Hande Erçel reklamdan 20 milyon qazanacaq - (Foto)
-
Bakıda bəzi parklanma məntəqələri bağlanacaq
-
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Ağstafada qadını hamamda elektrik cərəyanı vuraraq öldürüb
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
-
Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
“Barselona” Rafinya ilə bağlı qərarını verdi
-
Faiq Ağayev və Zümrüd Bədəlova 1 il sonra barışdılar
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib - (Foto/Video)
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi





