“Ölənlərin hamısı kişi xəstələridir” - Spirtlə dezinfeksiya edənlər - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Koronavirus pandemiyası ölkədə yayıldığı bir vaxtdan spirtə olan tələbat dəfələrlə artıb. Təəssüflər olsun ki, bəzi insanlar bundan təkcə əlləri dezinfeksiya etmək üçun yox, daxilə qəbul etmək üçun də istifadə edir və bu yolla virusdan uzaq qalacaqlarını düşünürlər.
Milli.Az bildirir ki, ARB TV-nin efirində yayımlanan "Günə doğru" verilişində məsələ ilə bağlı süjet yayımlanıb.
Sakin: "Maska tapa bilməyənlər qorunmaq üçün gedib spirt alıb içirlər. Çünki eşidirlər ki, spirt virusu məhv edir, gedir açıq satışdır deyə hər yerdən alıb içir. Deyirlər ki, içirik ki, içərini dezinfeksiya etsin".
Bunu düzgun hesab etməyənlər, alkoqola meylli insanların ortaya atdığı fikir olduğunu deyənlər də var.
Sakin: "Əlcək taxsınlar, əllərini dezinfeksiya etsinlər, evdən də çölə çıxmasınlar, başqa qorunmaq yolu yoxdur bunun".
Amma bu günlərdə spirtli ickiyə tələbatın artmasını marketlər də təsdiqləyir. Xüsusən orta nəsil arağı xəstəliklərə ən yaxşı müdafiə üsulu hesab edir.
Satıcı: "Arağın satışı əvvəlki zamanlara nisbətən artıb. Alıcıları isə daha çox orta yaş nəslinin nümayəndələridir".
Həttə iş o yerə çatib ki, araq və digər spirtli içkərdən əlavə tibbi spirtin üzərinə su əlavə edərək onu içənlər var. Bu da insanların zəhərlənməsinə və daha ağır fəsadlara səbəb olur.
Bu aralar insanların ən çox istifadə etdiyi spirt ancaq mikrobu öldürə bilər. Bunun üçün spirt götürərək mikroorqanizmin üzərinə tökmək lazımdır. Ancaq spirti virusu öldürmək üçün daxilə qəbul etmək tamamilə yalnış fikirdir.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan - tibbi etil spirtindən istifadə qaydaları haqqında vətəndaşlara müraciət edib. Müraciətdə qeyd edilib ki, tibbi etil spirtinin yalnız dezinfeksiya məqsədilə istifadəsi tövsiyə olunur. Lakin xəbərdarlıqlara baxmaraq ölkədə bundan zəhərlənmələr və ölüm halları baş verir.
Azər Maqsudov - Həkim: "Ölənlərin hamısı kişi xəstələridir. Yaşları da çox cavandır. Hardasa, 35-37 yaşa qədərdir. Spirtli içkini daxilə qəbul etmək qadağandır, çünki pis nəticə verir, hətta ölümlə belə nəticələnir".
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən verilən məlumata görə, martın 21-dən indiyə qədər metil spirtindən zəhərlənən 13 nəfərdən 8-i dünyasını dəyişib dəyişib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
XƏBƏR LENTİ
-
Eşidənlər zeytun tumunu artıq zibilə atmır
-
Günün bu saatında içilən kofe damarları daxildən zədələyir
-
Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)





