Cəmiyyət

Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 12 minə çatıb - FOTO

2 Aprel 2020 17:51
0 Şərh     Baxış: 1 323
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

24 mart - 1 aprel tarixlərində Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə daxil olan 27486 müraciətdən 5278-ni sosial xidmətlərin göstərilməsi ilə əlaqədar müraciətlər təşkil edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a bildirilib ki, müraciətlər əsasında yaşı 65-dən yuxarı tənha yaşayan şəxslər olduğu müəyyən edilən 2472 vətəndaş evlərində sosial məişət xidmətləri ilə əhatə olunub.

Bununla da evlərində sosial xidmətlərlə təmin olunan yaşı 65-dən yuxarı tənha şəxslərin sayı 12 minə çatıb.

Nazirliyin sosial xidmət işçiləri tərəfindən könüllülərin də dəstəyi ilə həmin tənha yaşayan şəxslərə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaitləri ilə əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməkliklər göstərilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.