Cəmiyyət

Fitosanitar nəzarəti xidmətlərinin özəlləşdirilməsinə icazə verilir

2 Aprel 2020 09:44
0 Şərh     Baxış: 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fitosanitar nəzarəti xidmətləri özəlləşdirilməsi qadağan edilən Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan əmlak növlərinin siyahısından çıxarılır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

"Torpaq icarəsi haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən isə baytarlıq, fitosanitar nəzarəti xidmətlərinin torpaqları icarəyə verilə bilən dövlət torpaqlarının siyahısından çıxarılır. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn keçirilən iclasında müzakirə edilən qanun layihəsi parlamentin növbəti plenar iclasına tövsiyə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.