Cəmiyyət

Dərzi Aynur 500-dən çox tibbi maska tikərək sakinlərə paylayıb - FOTO

1 Aprel 2020 04:30
9 Şərh     Baxış: 5 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmazlı dərzi Aynur Ağabalayevanın nəcib təşəbbüsü sakinlərin marağına səbəb olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, rayonun Qımılqışlaq kəndində yaşayan A.Ağabalayeva qısa müddətdə ev şəraitində 500-dən çox tibbi maska tikərək sakinlərə pulsuz paylayıb.

Xaçmaz şəhərindəki moda evlərindən birində dərzi kimi çalışan gənc xanım koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar ev şəraitində fəaliyyət göstərir. Tikdiyi maskaların satış üçün nəzərdə tutulmadığını bildirir. Tam steril şəraitdə tikilən maskalar pambıq parçadan hazırlanır. Aynur Ağabalayeva maska tikmək üçün parçanın böyük hissəsini öz vəsaiti hesabına alıb. Həmçinin bəzi dostları parça almaq üçün ianə edib.

"Mənim işlədiyim moda evi xəstəxananın yaxınlığında yerləşir. Küçədə bəzi insanlar maskasız gəzirlər. Tələbat çox olduğundan apteklərdə tibbi maskaları əldə etmək çətinləşib. Buna görə də qərara gəldim ki, bir dərzi olaraq bu işdə rayon sakinlərinə öz köməyimi göstərim. İlk günlər vərdiş etmədiyimə görə çətin olurdu. Amma sonradan gün ərzində 100-dən çox maska tikməyə nail oldum. Bu işdə mənə 8 yaşlı bacımoğlu Elgün Məmmədov da həvəslə kömək edib. Maskalar üçün parçaları o kəsirdi. Tikdiyim bütün maskaları şəhərdə sakinlərə, yanacaqdoldurma məntəqəsində çalışan işçilərə pulsuz payladım", - deyə o bildirib.

Aynur Ağabalayeva digər həmkarlarını da bu təşəbbüsə qoşulmağa dəvət edib: "Dünyanın bu ağır bəlası - koronavirusla mübarizə apardığı bir dönəmdə sosial məsulliyyətimi dərk edən bir vətəndaş kimi #evdeqal kampaniyasına qoşularaq iş yerimi müvəqqəti bağladım. Pandemiya ilə mübarizədə insanlara özünü və ətrafındakıları qorumaq üçün yardım etməyə çalışdım. İmkanı olan digər yoldaşlarımı da bu işə qoşulmağa çağırıram".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.