Cəmiyyət

Habil Əliyevin koronavirusa yoluxan qızının karantində son durumu - Qardaşından açıqlama

31 Mart 2020 13:47
0 Şərh     Baxış: 4 178
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mərhum xalq artisti, kaman ustası Habil Əliyevin qızı Vəfa Əliyevanın koronavirusa yoluxması və karantinə alınması ilə bağlı xəbər yayılıb.

Habil Əliyevin oğlu Rəvan Əliyev yenicag.az-a danışaraq xəbəri təsdiqləyib:

"Burda nə var ki, bacım həkimdir, yüzlərlə xəstəyə baxır. Yüngül hərarəti olub, karantinə alınıb, səhhəti yaxşıdır, heç bir təhlükə yoxdur".

Qeyd edək ki, 22 saylı Uşaq Poliklinikasının baş həkimi Əliyeva Vəfa Habil qızı koronavirus infeksiyasına yoluxduğundan karantinə alınması xəbərini unikal.org saytı yayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.