Cəmiyyət

Vaqif Əsədov: “Biz hər maşın sürənin cərimə olunacağını demirik..."

29 Mart 2020 14:57
3 Şərh     Baxış: 5 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biz tövsiyə edirik ki, vətəndaşlar vacib işləri olmadıqca şəxsi avtomobilləri ilə çox hərəkət etməsinlər. Koronavirusla mübarizənin yollarından biri də evdə qalmaq, özünün və başqalarının həyatını təhlükəyə atmamaqdır.

Milli.Az bildirir ki, bunu APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib.

O bildirib ki, lüzumsuz, rayon qeydiyyatlı nəqliyyat vasitələri idarə edilməməlidir: "Biz hər maşın sürənin cərimə olunacağını demirik. Çağırış və tövsiyə edirik ki, zərurət yoxdursa, sürücülər evdən çıxmasınlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.