Bakıdan yalnız Moskva və Londona uçuşlar olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gündən etibarən "Azərbaycan Hava Yolları" aviaşirkətinin beynəlxalq istiqamət üzrə reysləri yalnız Moskva və London şəhərlərinə yerinə yetiriləcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, Bakı-Moskva reysi həftənin cümə axşamı günləri yerinə yetiriləcək. Bakıdan uçuş vaxtı - 10:40 (Bakı vaxtı ilə), Moskvadan uçuş vaxtı - 13:50 (Moskva vaxtı ilə). Bakı-London marşrutu üzrə reys həmçinin həftənin cümə axşamı günləri həyata keçiriləcək, Bakıdan uçuş vaxtı - 19:05 (Bakı vaxtı ilə), Londondan uçuş vaxtı - 22:05 (London vaxtı ilə).
Bundan əlavə, insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə "AZAL"ın aviabilet satış ofisləri bağlı olacaq, aviabiletləri "AZAL" aviaşirkətinin saytından əldə edə bilərsiniz (www.azal.az).
Xüsusilə qeyd etmək istərdik ki, Bakıya uçub gəlməyə yalnız Azərbaycan Respublikasının vətəndaşlarına icazə verilir.
Uçuşlar 2-ci Terminaldan/ 2-ci Terminala yerinə yetiriləcəkdir. Yalnız adlarına aviabilet əldə edən sərnişinlərin aerovoğzal binasına daxil olmasına icazə verilir. Digər şəxslərin, o cümlədən müşayiət edən (qarşılayan / yola salan) şəxslərin aerovoğzal binasına girişi qadağandır.
Bir daha xatırladırıq ki, Azərbaycana qayıdan hər bir vətəndaş tibbi müayinədən keçirilir və karantinə yerləşdirilir.
"AZAL" aviaşirkəti, vətəndaşları ehtiyac olmadan evlərindən çıxmamağa və hava yolu ilə səyahət etməməyə çağırır. Aviaşirkət dünyanın əksər ölkələrinin qarşılaşdığı hazırkı fövqəladə vəziyyətdə daha təmkinli olmağı və görülən tədbirlərə anlayışla yanaşmağı xahiş edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
XƏBƏR LENTİ
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Canəli Əkbərovla Səməd Səmədovu efirə buraxmırdılar” - Əli Mirəliyev
-
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır





