Fərhad Bədəlbəylinin qızı və kürəkəni karantinə yerləşdirildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Olduqca təhlükəli və faciəvi vəziyyətdir. Bizimkilər başa düşmürlər, küçədə-bayırda gəzirlər, Bulvara çıxırlar, hansı bəla ilə üz-üzə qaldığımızı hələ dərk etmirlər.
Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib.
F. Bədəlbəyli bildirib ki, İtaliyadan dostları var, onlarla danışır:
"Mənə deyirlər ki, ölkələrində vəziyyət pisdir. Nəyə görə? Çünki italiyalılar bir az bizə oxşayırlar. Çindəki kimi qayda-qanun, dəmir yumruq İtaliyada yoxdur. Çində hər şeyi ordu həll edirdi, İtaliyada isə belə deyildi. Restoranlar, kinoteatrlar, barlar açıq idi. Camaat axşamlar küçəyə tökülüşürdü. Ona görə orda indi faciə yaşanır. İtalyalı dostlarım mənə tapşırırlar ki, siz bizim problemləri təkrar etməyin, insanları başa salın ki, bu çox böyük təhlükədir, ehtiyatlı olun, qoyulan qaydalara əməl edin".
F. Bədəlbəyli ABŞ-dan qayıdan qızı və kürəkəninin hazırda karantində olduğunu vurğulayıb: "Mən onların karantinə alınmamaları üçün heç bir şey etmədim. Qoy nə qədər lazımdır karantində otursunlar. Burda tanış, hörmət filan keçmir. Nə lazımdır, o da olmalıdır, başqa cür ola bilməz".
Xalq artisti koronavirus pandemiyası ilə mübarizənin müharibəyə bənzədiyini diqqətə çatdırıb: "Bu, müharibədir. Ermənistan kimi virusun biri az idi, indi də koronavirus çıxıb. Bəlkə bu, ondan da təhlükəlidir. Ona görə mən hamıya deyirəm, bir az özünüzə gəlin. Nə qədər restoran olar, nə qədər kef olar, nə qədər qonaqlığa getmək olar? Bəsdir! Bir az ciddilik lazımdır. Ölkə çox çətin vəziyyətdədir. Dövlət hər şey edir. Qocalardan kim təkdir ərzaq göndərəcəklər, könüllülər yaxşı işləyəcəklər. Bizdə bu sistem çox yaxşı qurulub. Ona görə mən hamıya deyirəm, çölə çıxmayın, evdə oturun. O qədər kitab var, oxusunlar, internet var, sosial şəbəkələr, filmlər, seriallar var. Evdə qalıb vaxt keçirmək üçün hər cür vasitə var. Yenə də deyirəm, bu çox ciddi məsələdir. Mənə italiyalı dostlarım da deyirlər, siz orda hamıya başa salın ki, vəziyyət çox ciddidir".
Rektor koronavirusla mübarizə çərçivəsində Bakı Musiqi Akademiyasının hazırladığı layihə barədə də məlumat verib: "Bizim Akademiyanın tələbələri, müəllimləri, məzunları, aspirantları - hər kəs evdən bir musiqi parçası ifa edir və bu musiqi parçası Bakı Musiqi Akademiyasının saytında yerləşdirilir. Biz də heç olmasa bu karantin günlərində insanlarımıza musiqi hədiyyə edərək kömək etməyə çalışırıq. Əlimizdən başqa nə gəlir? Camaatın könlünü almaq lazımdır. Qoy, hər kəs öz sahəsində əlindən nə gəlirsə, eləsin. Yalnız möhkəm olaq. Bizdən evdə oturmaq tələb olunur, bəs bizim əsgərlərimiz neyləsinlər? Ön cəbhədə düşmənlə üzbəüz dayanırlar. Biz heç olmasa rahat evdə otururuq, hər şeyimiz var. Bir az fikirləşmək lazımdır ki, biz müharibə aparırıq. Bu ikinci cəbhədir, bunu unutmamalıyıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Hava ilə bağlı son məlumat
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
XƏBƏR LENTİ
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib





