Cəmiyyət

“Yaşı 65-dən yuxarı deputatlardan karantin qaydalarına əməl olunması xahiş olunacaq”

26 Mart 2020 17:19
Baxış: 1 144
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin yaşı 65-dən yuxarı olan deputatlardan xahiş olunacaq ki, karantin qaydalarına əməl olunsun.

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.

A. Təvəkküloğlunun sözlərinə görə, Milli Məclisin martın 30-da keçiriləcək iclasında iştirak edəcək deputatlar və əməkdaşlar koronavirus təhlükəsi ilə bağlı sabahdan test yoxlamasından keçiriləcək.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində elan etdiyi xüsusi karantin rejiminə əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.