Azərbaycanda koronavirusla mübarizə üçün kifayət qədər tibbi ləvazimat var - Səhiyyə naziri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda koronavirusa qarşı bütün tədbirlər görülür.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin "Hədəf" proqramında deyib.
Onun sözlərinə görə, bütün tədbirlər lazımi səviyyədədir: "Bizdə bütün qabaqlayıcı tədbirlər görülüb. Bütün dünyada bu problem var. Heç bir ölkənin səhiyyəsi bu virusun öhdəsindən gələ bilmir. 100 minlərlə insan bu virusa yoluxub. Dünyada quş qripi, ebola kimi viruslar da yayılmışdı. Amma belə yox. İnsanlar qorunmalıdır. Operativ Qərargah lazımi tədbirlər görsə də, insanlar da ehtiyatlı olmalıdırlar".
Nazir qeyd edib ki, Azərbaycanda xəstəlikləri aşkarlamaq üçün müasir laboratoriyalar var və bu laboratoriyalar hazırda tam gücü ilə işləyir: "Bu cür laboratoriyalar hətta regionlarda da mövcuddur və yerində xəstəliyi aşkarlaya bilirlər. Azərbaycan səhiyyəsi tam müasir avadanlıqlarla təchiz olunub, güclü kadrlar çalışır. Amma bütün hallarda insanlarda sosial məsuliyyət olmalıdır. Dövlət əlindən gələni etsə də, insanlar da xəstəliklərə qarşı mübarizə aparmalıdır".
Oqtay Şirəliyev qeyd edib ki, Azərbaycana əlavə olaraq da tibbi vasitələr gətirilir:
"Dünya təcrübəsi göstərir ki, lazımi tədbirlər görməyən ölkələrdə vəziyyət pisdir. Ancaq Azərbaycanda vaxtında görülən tədbirlər nəticəsində vəziyyət nəzarət altındadır. Operativ Qərargah tərəfindən verilən qərarlar vacib qərarlardır və buna əməl olunmalıdır. Qərarların məqsədi yoluxmanın qarşısını almaq və insanların sağlamlığının qorunmasıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
XƏBƏR LENTİ
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya





