Cəmiyyət

Təcili yardım maşını ilə Bakıya sərnişin daşıyan sürücü işdən azad edilib

23 Mart 2020 19:39
4 Şərh     Baxış: 2 692
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

TƏBİB Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin avtomobili vasitəsilə rayondan Bakı şəhərinə sərnişin daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan videomateriallarla bağlı açıqlama yayıb.

Milli.Az bildirir ki, TƏBİB-dən Trend-ə verilən xəbərə görə, Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin avtomobili vasitəsilə rayondan Bakı şəhərinə sərnişin daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan videomateriallarTƏBİB tərəfindən araşdırılıb: "Araşdırma zamanı məlum olub ki, TTTY şöbəsinin sürücüsü Səmədov Sadiq Yarməmməd oğlu xəstəxanadan çıxdıqdan sonra yoldan avtomobilə qazanc məqsədilə sərnişin götürüb.

Sürücü 23 mart 2020-ci il tarixdə Ağsu RMX-nın direktoru Şərəbanı Məlikovanın Əmri ilə işdən azad edilib. Eyni zamanda, Ağsu RMX-nın direktoru Şərəbanı Məlikovaya və direktor müavini Əli Hüseynova TƏBİB tərəfindən xəbərdarlıq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.