Cəmiyyət

Sürücü ürək çatışmazlığından öldü

20 Mart 2020 15:59
0 Şərh     Baxış: 1 574
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Martın 19-u saat 17 radələrində Beyləqan Rayon Polis Şöbəsi (RPŞ) Dövlət Yol Polisi (DYP) Bölməsinin əməkdaşları xidmətdə olarkən hərəkətdə olan "Niva" markalı avtomobili üzərində keçmiş Sovetlər İttifaqından qalan (22-66 АГБ) qeydiyyat nişanı ilə idarə edildiyi üçün saxlayıblar.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, yerindəcə araşdırmalar zamanı avtomobilin sürücüsü - 70 yaşlı Ziyafət Novruzovun sürücülük vəsiqəsinin olmadığı da müəyyən edilib. Qanunvericiliyin tələblərinə uyğun olaraq, Yol Patrul Xidməti (YPX) əməkdaşları avtomobili müvəqqəti duracağa aparıblar.

Orada sürücü Z.Novruzovun səhhəti pisləşib və çağırılan Təcili Tibbi Yardım briqadası gələnədək vəfat edib.

Həkimlərin verdiyi rəyə görə, mərhum ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.