Cəmiyyət

Karantindəki tələbələrimizdən təsirli addım - FOTO

20 Mart 2020 10:56
15 Şərh     Baxış: 5 633
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus pandemiyasına görə İtaliya, Türkiyə və digər ölkələrdən təxliyyə olunan vətəndaşlar, əsasən də tələbələr karantində onlara xidmət edən dövlət qurumlarının əməkdaşlarına fərqli formada təşəkkürlərini bildiriblər. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar müxtəlif kağızlara təşəkkür qeydi yazaraq "görünməyənqəhrəmanlar" həştəqi ilə heyətə öz minnətdarlıqlarını bildiriblər. 

Xidmət heyəti xüsusi tibbi geyimdə olduqları üçün onların üzünü görmək, tanımaq mümkün deyil. Buna görə də karantində qalan vətəndaşlar həmin şəxsləri görünməyən qəhrəman adlandırırlar.

Onlar təcrid şəraitində olduqları üçün təşəkkürnamələrini yara "plastır"ları və müxtəlif əşyaların üzərindən qopardıqları yapışqanlı etiketlərlə qapıya yapışdırıblar. 

Sözügedən gözəgörünməz qəhrəmanlar isə əsasən, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, TƏBİB-in əməkdaşlarıdır. 

Qeyd edək ki, xaricdən təxliyyə olunan vətəndaşlar müxtəlif otellərdə yerləşdiriliblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.