Şəmkirdə azyaşlını maşın vurub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolun rayonun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində baş verib.
Kənd sakini 2011-ci il təvəllüdlü Nağıyev Elmar Zaur oğlu yolu keçən zaman "Mercedes" markalı avtomobil onu vurub. Xəsarət alan azyaşlı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az