9 yaşlı uşaq faciəli şəkildə öldü

15 Mart 2020 23:55

Şəmkirdə azyaşlını maşın vurub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolun rayonun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində baş verib.

Kənd sakini 2011-ci il təvəllüdlü Nağıyev Elmar Zaur oğlu yolu keçən zaman "Mercedes" markalı avtomobil onu vurub. Xəsarət alan azyaşlı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az