Cəmiyyət

Azərbaycanda bu klub və barların fəaliyyəti dayandırılır - RƏSMİ

13 Mart 2020 22:19
Baxış: 2 186
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sabahdan Azərbaycanda restoran və kafalerin iş rejimində dəyişiklik ediləcək.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir.

Qərarla restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili də qadağan edilir və saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır.

Bundan başqa, ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır.

Qeyd edək ki, 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.