Cəmiyyət

Məscidlərdə yas mərasimlərinə məhdudiyyət qoyuldu

12 Mart 2020 23:36
1 Şərh     Baxış: 1 963
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın bir sıra məscidlərində koronavirus təhlükəsi ilə əlaqədar olaraq, yas mərasimlərinin keçirilməsi qadağan edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) göstərişi ilə "Təzə Pir" və "Heydər" məscidilərinin mərasim zallarında yas mərasimlərinin keçirilməsinə məhdudiyyət qoyulub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 125 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 130 238-ə çatıb. Bunların 68 677 nəfəri sağalıb, 4 756 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.