Cəmiyyət

Bakı zooparkının yeni görünüşü necə olacaq? - FOTO

3 Mart 2020 11:59
Baxış: 2 935
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə, "Archico" şirkəti tərəfindən Bakı zooparkında böyük yeniqənqurma işləri həyata keçirilir.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, "SkyscraperCity Azerbaijan" yenidənqurma işlərindən sonra Bakı zooparkının yeni görünüşünü əks etdirən fotoları təqdim edib.

Məlumata görə, zooparkın ərazisində veterenar klinika da yaradılacaq, heyvanxanadakı bütün heyvanlar isə Avropa Zooparklar və Akvariumlar Assosiasiyasının (EAZA) standartlarına uyğun şəraitdə saxlanılacaq.

Qeyd edək ki, zooparkın ərazisi 2,25 hektardan 4,25 hektara qədər genişləndiriləcək. Burada, həmçinin ev heyvanları olan "Sevimli guşə"və "Kəpənəklər evi" də yaradılacaq. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.