Günün qoroskopu: əlahiddə uğurlara rəğmən, gün əlverişli deyil
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - axşam saatlarında yaşam potensialı bir qədər aşağı düşəcək. Səhhətdə problemin yaranması istisna deyil. Uzunmüddətli səfər, idmanla çox məşğul olmaq məsləhət deyil. Təmir və ya evdə dəyişikliklər üçün əlverişli gün deyil.
Buğa - işlə bağlı istənilən məsələlərin müzakirəsi üçün əlverişli gündür. Danışıqlar çətin olsa da, emosiyaların əsiri olmayın. Mövqeyinizi təmkinlə, səbrlə müdafiə edin və opponentlərin rəğbətini qazanın. Nüfuzlu şəxslərlə, dövlət qurumlarının nümayəndələri ilə ünsiyyət üçün yaxşı gündür. Hüquqi məsələləri həll etmək olar.
Əkizlər - günün ilk yarısında ehtiyatlı olun. Səhvə yol vermək çox asandır. Hesabat hazırlamaq, maliyyə məsələlərini həll etmək, alış-verişdə iri məbləğdə pul xərcləmək məsləhət deyil. Müsbət təmayüllərin təsiri güclənir. İşlərdə qayda yaratmaq, əvvəl başlanmış layihələri başa vurmaq imkanı yaranır.
Xərçəng - işləri bir qədər azaldın. İfrat yorulmağa ehtiyac yoxdur. Axşam saatlarını evdən kənarda keçirin. Səfərdən imtina edin. Yaxınlarınızı sevindirin. Həssas və diqqətli olun.
Şir - müsbət təmayüllərin təsiri güclüdür, gün ümumən uğurludur. Lakin məqsədə çatmaq üçün ciddi səy göstərməli olacaqsınız. Bədxahlarınız irəliləyişinizə mane olmaq, yolunuzda sədlər yaratmaq üçün əllərindən gələni edirlər. Təmkinli, sakit olun. Situasiyanı dəqiq və səhih dəyərləndirin, necə addım atmağın gərəkdiyini müəyyənləşdirin.
Qız - təhsil və tədris üçün əlverişli gündür. Mühüm informasiya və yaxud məlumatın yadda saxlanması ilə bağlı problem yoxdur. Əldə etdiyiniz biliyi dərhal tətbiq edin. İmkanınız varsa, alış-veriş üçün əlverişli vaxtdır. Axşam saatlarında səhv etməyin.
Tərəzi - səbrli, dözümlü olun. Gün böyük uğurlar və ya önəmli qələbə vəd etmir. Məqsədə çatmaq üçün vaxt gərəkdir. Boş söhbətlərə qatılmayın, yoxlanmamış məlumatlar yaymayın. Sizin üçün önəmli insanlarla yaxşı münasibətləri qorumaq üçün açıqlamalarınızda, sözlərinizdə ehtiyatlı olun.
Əqrəb - yeni tanışlıqlar üçün uğurlu gün deyil. Xoş təəssürat bağışlaya bilməyəcəksiniz. Yaxın ətrafınızdakı insanların reaksiyalarını dəyərləndirmək asan deyil. Sevimli insanla həssas olun, diqqətli davranın. Onun sizin dəstəyinizə ehtiyacı var.
Oxatan - əlahiddə uğurlara rəğmən, gün əlverişli deyil. Qələbələr sizə kiçik, məğlubiyyət və ya uğursuzluq isə fəlakət təsiri bağışlayacaq. Əslində belə deyil. Bir qədər düşünün: heç də pis olmayan nəticələr əldə olunub, qiymətli təcrübəyə yiyələnibsiniz. Sənədlərlə çalışmaq, hesabatlar hazırlamaq məsləhət deyil. Fikriniz dağınıqdır, həmişəki günlərdən fərqli olaraq daha tez-tez səhvlərə yol verirsiniz.
Oğlaq - yaxşı dost məclisində və ya ailə üzvlərinizin yanında istirahətdən həzz alacaqsınız. Bir şərtlə ki, bütün təşkilati məsələləri əvvəlcədən həll edərək işi gümana bağlamayasınız. Səfər varsa, diqqətli olun. Axşam saatları kulinar eksperimentlər üçün yaxşı vaxtdır.
Dolça - işlə bağlı problemlərdən qurtulmaq mümkün deyil. Bütün diqqəti işə yönəldin, səhvləri sıralamayın. Həmkarlar və tərəfdaşlardan biri yaxşı məsləhət verəcək. Fəqət hər şeyə rəğmən yalnız öz intuisiyanıza güvənin. Sayıq və məntiqli olun. Sövdələşmə və müqavilə, yeni layihə üçün əlverişli gün deyil. Bir dəfə sizi aldatmış insanlarla yenidən hansısa işə başlamayın.
Balıqlar - günün ilk yarısı qarışıq, təbəddülatlı və əndişəli vaxtdır. Kiçik problemlər, işdə anlaşılması mürəkkəb təxirəsalmalar yaşanır. Nə baş verdiyini araşdırın, qayda yaradın. Səyləriniz hədər getməsin. Maliyyə fonu uğurlu deyil. Bu gün imzalanan müqavilə, əldə edilən razılaşma, yatırılan sərmayə uğurlu olmayacaq. Alış-verişdə çox pul xərcləməyin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
-
Formula 1 üzrə Azərbaycan Qran-prisinin əsas yarışı start götürdü
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Bazar gününün hava proqnozu açıqlandı
XƏBƏR LENTİ
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
-
Rusiyanın itkiləri yeniləndi
-
Formula 1 üzrə Azərbaycan Qran-prisinin əsas yarışı start götürdü
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası





