Enerji içkiləri alanların nəzərinə - Sizi belə aldadırlar - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyada gedən sürətli inkişaf özünü hər bir sahədə göstərdiyi kimi bir çoxlarımızın gündəlik olaraq istifadə etdiyi yeni növ fərqli içkilərə də təsir edib. Fərqli içki dedikdə ilk olaraq ağıla hazırda ölkəmizdə mağaza rəflərini dolduran enerji içkiləri gəlir.
Hazırda dünya bazarında, eləcə də Azərbaycanda enerji içkisi adı ilə satılan onlarla məhsul var ki, onların yalnız bir qismi, həqiqətən də, enerji artırmaq qabiliyyətinə malikdir. Digərləri isə, sadəcə, olaraq qazlı, şəkərli, meyvətəamlı içkilərdir.
Xəbər verdiyimiz kimi, enerji içkilərinin idxalı ilə bağlı qanuna dəyişiklik edilib. Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında yeniliklər edib. Belə ki qanuna görə, 1 litr enerji içkisinin istehsalı və idxalına görə 3,10 manat aksiz vergisi tətbiq edilir.
Lakin buna baxmayaraq, hazırda, demək olar, bütün mağazalarda qiyməti 0.60-1 manat arası dəyişən enerji içkiləri satılır.
Maraqlısı budur ki, əgər hər litrə görə 3.1 manat aksiz vergisi tətbiq olunursa, 18 faizlik əlavə dəyər vergisini də üstünə gəlsək təxmini 250 ml-qramlıq qutuda satılan enerji içkisinin yalnız vergisi 0.90 manat təşkil edəcək.
Bəs niyə bu növ içkilərin yarım litrlik dəmir bankadakı qiyməti 1 manat və ya ondan ucuzdur?
Düşünülə bilər ki, bu məhsulları istehsal və idxal edən şirkətlər vergidən yayınır. Lakin bu, belə deyil.
Kiçik araşdırma nəticəsində məlum olub ki, enerji içkisi adı ilə məhsulunu satmağa çalışan şirkətlər vergidən yayınmır. Lakin onlar istehlakçıları aldadırlar.

Qida Təhlükəsizliyi Agentliyinin tətbiq etdiyi yeni standartlara görə tərkibində kofein, taurin, qlükoronolakton, inozitol, amin turşuları, B qrupu vitaminləri və digər ekstratları özündə cəmləyən içkilər enerji içkisi sayıldığına görə bəzi şirkətlər məhsulların tərkibini dəyişərək, yalnız dadlandırıcıdan istifadə etməklə istehlakçıları aldatmağa çalışırlar.

Hazırda Azərbaycanda bu standarta uyğun olaraq enerji içkisi sayılan cəmi 3 içki mövcuddur.
Digər içkilər isə, sadəcə olaraq, dadlandırıcı, su və şəkərdən ibarətdir. Onlar bədəndə hər hansı reaksiya prosesində iştirak etmir. Sadəcə olaraq, hər hansı meyvə dadını verərək ani zövq yaşadır.
Nəticə olaraq bildirək ki, yeni dəyişikliklərə əsasən, həqiqətən, enerji artırma qabiliyyətinə malik olan enerji içkilərinin 2 manatdan aşağı qiymətə satılması mümkünsüzdür.
Emin
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ölkə birinciləri oldular (Foto)
-
3 nəfər 400 bal toplayıb, 12 nəfər imtahandan kənarlaşdırılıb
-
AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
-
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib
-
Təhsil Tələbə Krediti Fondu açıqladı: Kredit alanların 64 faizini qızlar təşkil edir - (Foto)
-
Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi
XƏBƏR LENTİ
-
Avtomobil şinlərindəki rəngli xətlərin sirri məlum oldu
-
Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
-
Mətbəx çanağına tökdüyünüz mayelər boruları məhv edir
-
"Mirkamilə görə məni qınayırlar"
-
Messinin atasının vəziyyəti ağırdır
-
Zidanın oğlunun maska ilə oynamasının səbəbi məlum olub
-
"Taşacak bu deniz"də gözlənilməz ayrılıq - (Foto)
-
İlanların aktivlik dövrü başladı: Evinizi və bağınızı sürünənlərdən necə qorumalı?
-
"Səbail"in yeni prezidenti açıqlandı
-
ABŞ və İran sazişi 48 saat ərzində imzalana bilər
-
Günün qoroskopu: Gözlənilməz mənbədən gəlir əldə edə bilərsiniz
-
Ronaldodan antirekord gəldi
-
Ölkə birinciləri oldular (Foto)
-
Obamanın qızlarının son görüntüsü - (Foto)
-
Portuqaliya Konqo DR ilə heç-heçə edib - Yenilənib
-
Mayklın həyat yoldaşının son halı – Foto
-
Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
-
İçərişəhərdə Argentina Bayrağı Gününə həsr olunmuş El Calor en Baku – Azerbaijan Tango Festivalının təntənəli açılışı keçiriləcək
-
Yasamaldakı binaya dəyən ziyanın məbləği açıqlandı
-
Bakının 2 rayonunda qaz kəsiləcək - Yenilənib
-
ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib
-
Paytaxt nəqliyyatında kart oxuyucular sıradan çıxdı — Rəsmi qurumdan açıqlama
-
Fərhad Mehdiyev qızının ölümündən danışdı: Nasaz maşını niyə sürürsən axı?!





