Cəmiyyət

Bakıda güclü külək ağaclara ziyan vurub - FOTO

10 Fevral 2020 08:52
0 Şərh     Baxış: 2 207
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Güclü külək paytaxtın bəzi rayonlarında ağaclara ziyan vurub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Bakının bəzi rayonlarında altı ağac kökündən çıxıb:

"Bakının bir neçə rayonu ərazisində 6 ağacın kökündən qopması ilə bağlı məlumat daxil olub. Onlardan bəziləri bərpa olunub. Bərpa olunduqdan sonra inkişafını davam etdirə bilməyəcək vəziyyətdə olan ağaclar isə kəsilərək ərazidən götürülüb.

Bundan başqa küləyin təsirindən paytaxtın 20-yə yaxın ərazisində ağacların budaqları sınıb, əyilərək qəzalı vəziyyətə düşüb. Həmin ağacların qəzasını aradan qaldırmaq üçün müvafiq tədbirlər aparılır.

Külək paytaxt ərazisində çox ciddi fəsadlar yaratmayıb. Xoşbəxtlikdən xəsarət alanlar olmayıb. Birliyin bütün şəxsi heyəti Bakı şəhər İcra Hakimiyyətinin xəbərdarlığına əsasən, gücləndirilmiş iş rejimində çalışır. Küləyin sürəti azalana qədər əməkdaşlarımız gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Əməkdaşlarımız tərəfindən şəhərin yaşıllıqları tam nəzarət altındadır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.