Cəmiyyət

İçərişəhərdəki partlayışla bağlı RƏSMİ AÇIQLAMA

7 Fevral 2020 22:24
0 Şərh     Baxış: 2 054
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İçərişəhərdə baş vermiş hadisə nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlər hazırda "İçərişəhər" Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi tərəfindən müvəqqəti yaşayış yerləri ilə təmin olunur.

Milli.Az bildirir ki, İdarənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün axşam saatlarında İçərişəhər, İ.Əfəndiyev küçəsi, 10 ünvanında qaz sızması nəticəsində partlayış baş vermişdir.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İda rəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov və digər məhsul şəxsləri dərhal hadisə yerinə gəlib hadisənin başvermə səbəbləri və xəsarət alanların hazırkı vəziyyəti ilə tanış olublar:"

Hazırda bütün proseslər nəzarət altında saxlanılır, müvafiq hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür.

Hadisə nəticəsində insan tələfatı yoxdur, xəsarət alanlardan 2 nəfərinin vəziyyəti yüngül olduğundan ilkin yardım göstərildikdən sonra onlar evə buraxılıblar. Digər xəsarət alanların həyatları üçün hazırda təhlükə yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.