Cəmiyyət

Bu avtomobillər gömrük rüsumundan azad edilib

4 Fevral 2020 19:57
3 Şərh     Baxış: 7 599
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.

Milli.Az bildirir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilməsi rüsumdan azad edilib.

Digər avtomobillər üçün isə 15 faiz gömrük rüsumu qüvvədə saxlanılıb.

Dəyişiklik İqtisadiyyat Nazirliyinin Maliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təkliflərinə əsasən qərara alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.