Cəmiyyət

“Can Azərbaycana canımız fəda” - Çavuşoğlu - FOTO

2 Fevral 2020 12:23
18 Şərh     Baxış: 2 940
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətəndaşlarımızı xilas edərkən can qardaşlarımızı orada qoymadıq, əlbəttə.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tvitter səhifəsində yazıb. O, Azərbaycan XİN-in Çinin Uhan şəhərindən vətəndaşlarımızın təxliyəsinə görə Türkiyəyə edilən minnətdarlıq tvitini paylaşaraq, BirMilletİkiDevlet həştəqi ilə "Azərbaycan da olsaydı, eynisini edərdi. Can Azərbaycana canımız fəda" sözlərini əlavə edib.

Qeyd edək ki, Çinin Uhan şəhərindən təxliyyə edilən 42 nəfər (onlardan 6-sı azərbaycanlıdır) Dr. Zekai Tahir Burak Xəstəxanasına yerləşdiriliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.