Cəmiyyət

Çində təhsil alan azərbaycanlı tələbələr ölkəyə qaytarılır? - AÇIQLAMA

29 Yanvar 2020 12:56
Baxış: 3 135

Çində təhsil alan Azərbaycanlı tələbələrin ölkəyə qaytarlması yolları araşdırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

Nazir müavini bildirib ki, dövlət tərəfindən bu məsələ nəzarətdə saxlanılır:

"Bilirsiniz ki, Çin ilə Azərbaycan arasında birbaşa uçuşlar müvəqqəti dayandırılıb. İndi biz Çində təhsil alan tələbələrin ölkəmizə gətirilməsinin digər yollarını araşdırırıq. Təbii ki, burada Çin hökumətinin qoyduğu qaydalara da əməl olunmalıdır. Oradakı azərbaycanlı tələbələrin vəziyyəti də diqqət mərkəzindədir".

Milli.Az

 
loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.