Cəmiyyət

Biləsuvar gəncləri "Könüllü qonaq" təşəbbüsü çərçivəsində növbəti ailəyə baş çəkiblər - FOTO

24 Yanvar 2020 16:27
Baxış: 699
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili "Könüllülər ili" elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan "Könüllü qonaq" təşəbbüsü Biləsuvar gəncləri tərəfindən davam etdirilib.

Milli.Az bildirir ki, Gənclər rayon ərazisində yaşayan qayğıya ehtiyacı olan növbəti sakinin evinə baş çəkiblər.

Təmizlik işləri aparan, ev, həyət və bağda səliqə-sahman yaradan gənclər ev sakinləri ilə çay süfrəsi ətrafında səmimi söhbətlər edib və bu əsnada ev sahibi öz həyat hekayəsini gənclərlə paylaşıblar.

Biləsuvar gəncləri ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.