Cəmiyyət

20 yanvarın canlı şahidi: "O gecə xalqımızın mərdliyinin və qorxmazlığının şahidi oldum"

20 Yanvar 2020 09:16
20 Şərh     Baxış: 1 570

1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.

Milli.Az bildirir ki, 20 yanvar hadisələrinin canlı şahidi Mənsur Qocayev Trend-ə o müdhiş faciə ilə bağlı yaşantılarını bölüşüb.

Mənsur Qocayev deyir ki, dinc insanlara atəş açılacağını heç kim gözləmirdi:

"1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıda silahsız olduğumuz halda bizi gülləbaran etdi. Sovet əsgərləri həmin gecə tankları əliyalın əhalinin üstünə sürürdü. O anları xatırlamaq dəhşətdir. Yanvarın 17-dən küçələrə çıxırdıq, etiraz edirdik. Yolları bağlamışdıq, xalq etiraz edirdi. Yanvarın 19-da gecə saat 12-də Biləcəri istiqamətindən tanklar şəhərə daxil olmağa başladılar. Bir də baxdıq ki, dəbilqəli əsgərlər "Şamaxı yolu" istiqamətindən üstümüzə gəlirlər. İnanmırdıq ki, bizə güllə atarlar. Təxminən 50 metr məsafə qalmış başladılar insanlara atəş açmağa. Əsgərlər avtomatla bizi güllə yağışına tutdular. Yanımızdakı 16 mərtəbədən kimsə aşağı nəsə atdı. Bunu görən əsgərlər binanın həmin mənzilini pulemyotlardan atəşə tutdu. Demək olar ki həmin mənzil tam dağıdıldı".

M. Qocayev deyir ki, əsgərlər dayanmadan dinc sakinlərə atəş açır, kiminsə yaralanmasına yaxud ölməsinə fikir vermirdilər:

"Bir də gördüm, ayağım istiləndi. Baxdım ki, ayaqqabım da cırılıb və ayağımdan qan axır. Əsgərlər isə yaralıları çıxarmağa da imkan vermirdilər. Təcili yardım avtomobilləri bizə yaxınlaşa bilmirdi. Əsgərlər yaralıları götürmək istəyən təcili tibbi yardım avtomobillərini atəşə tuturdular ki, geri qayıtsınlar. Məni zorla güllənin altından çıxarıb Respublika Klinik Xəstəxanasına gətirdilər. Xəstəxana dəhşət idi. Yaralılar və şəhid olanlar xəstəxananın koridorunda düzülmüşdü, yerimək mümkün deyildi. Onları görəndə öz yaram yadımdan çıxdı və xəstəxanada qalmadım. İlkin tibbi yardım göstəriləndən sonra qonşularımın köməyi ilə evə gəldim. Bir gün sonra xəstəxanada əməliyyat olundum və güllə ayağımdan çıxarıldı".

Hazırda əlil olan M. Qocayev deyir ki, həmin gün Azərbaycanın qeyrətli oğulları ölkə üçün şanlı tarix yazdı:

"Həmin gecə xalqımızın mərdliyinin və qorxmazlığının şahidi oldum. İnsanlar tanklardan, silahlı dəstədən, atəşdən qorxmadan küçələrə çıxdı, azadlıq tələb etdi. Mən həmin etiraz aksiyasında iştirak etdiyim və Azərbaycanın şərəfli övladlarını tanıdığım üçün fəxr edirəm. Bu gün də dostlar, tanışlar məni 20 yanvar hadisələrinin şahidi kimi tanıyır və hörmət edirlər. 3-cü qrup əliləm, hazırda "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində işləyirəm".

20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.

Milli.Az

loading...

Şərh yaz:

20 Şərh:

  • Anonim
    asi · 20 Yanvar 10:071011

    Bütün faciə, soyqrım, müharibə qurbanlarına, şəhidlərimizə rəhmət diləyirəm..Sovet rejimindən qurtulmaq üçün başlanmış mübarizənin, azadlıq hərəkatının növbəti qurbanları.. Ardı isə, Qarabağ işğalı ilə dvm edəcəkdi hələ..Azadlıq “ azadlıq” çığırmaqla yox, can qan hesabına əldə olunur..Bu gün artıq 20 Yanvar faciəsinə baxış tərzini bur az dəyişmək lazımdır.. Bu faciəni millətimizin ağrılı günü ilə yanaşı həm də onların Azadlıq mübarizəsi və mübarizliyi günü kimi qeyd edək..20Yanvar şəhidlərini tankın qarşısına əliyalın çlxan qurbanlar kimi yox, əzmkarlıq, qorxmazlıq, qətiyyətlilik, dönməzlik simvolu kimi təbliğ edək.. Qoy bu günün uşaqları onlara baxanda fikirlərində günahsız, yazıq insan formalaşmasın, cəsur, igid insankar formalaşsın..Matəm günü əzik millət təəssüratı fornalaşdırmayaq..Torpaqlarımızı da azad edib, Azadlığı uğrunda bədəl ödəmiş mərd xalq kimi duraq bütün Şəhidlərimizin məzarların önündə ..

    Cavab yaz
    • Anonim
      El qızı · 20 Yanvar 12:5621

      İtgi həmişə ağırdı,dözülməzdir,amma,fikrinizi çox bəyəndim,yüzdə yüz haqlısınız.

      Cavab yaz
      • Anonim
        asi · 20 Yanvar 17:0701

        Çox sağ olun..

        Cavab yaz
    • Anonim
      Əsranur · 20 Yanvar 12:5728

      Deyirəm nə qədər düşük olasan ki gəlib bu cür şərhə dislike verəsən.O düşük kimdirsə,güzgüdə özünə diqqətlə baxsın.Mütləqki murdar insaniyyətliliyi görünəcək.

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 20 Yanvar 13:0315

        Esranur canimm.. O düşük yox naturalnı ermenidi düşməndii basqa ad tapa bilmirem bu xaine Veten xainidi

        Cavab yaz
        • Anonim
          Əsranur · 20 Yanvar 13:1225

          Razıyam,Əsra.O ermənidən biri-ikisi mənə də dislike verir.Guyaki vecimədir.Özlərinə onunla təsəlli verirlər.

          Cavab yaz
          • Anonim
            Rəssam · 20 Yanvar 13:3532

            Güzgüdə özünə baxmaq yox, güzgüdə üzünə tüpürməlidi

            Cavab yaz
            • Anonim
              Əsranur · 20 Yanvar 13:5122

              Çətin onu bacara.

      • Anonim
        asi · 20 Yanvar 13:1423

        Əlin dinc durmadı, buri də sənə gəldi.. Dislayk layk işinə məhəl qoymasam da, hərdən bəzilərinin ermənisayağı yanıb töküldükləri mənə ləzzət edir..Hirsləri dislaykla keçir...

        Cavab yaz
    • Anonim
      // · 20 Yanvar 14:1542

      Kim axı şəhidləri elə qələmə verir? Hamı, körpə uşaq da bilir ki, onlar qorxmaz, igid qəhraman(dır)olub.Bilə bilə ki, vəhşi ordunun qarşısını almaq mümkün olmayacaq yenə də mübarizcəsinə durub əliyalın tərk etmədilər oranı."Əzik" sözünü yaraşdırmıaram bizim millətə.

      Cavab yaz
      • Anonim
        asi · 20 Yanvar 15:4000

        “ Qələmə verir?” deyərkən nəyi nəzərdə tutursunuz??Üçüncü cümləniz mübahisəlidi, dəqiq nəyi nəzərdə tutduğunuzu mən aladım, amma səhviniz var.. 20 Yanvarda düşmənin məqsədi ilə müharibədəki məqsədi eyni deyildi.. 20 Yanvar sovetin dağılması ərəfəsində millətin azadlıq hərəkatını yatırmaq, Azərbaycanın ittifaqdan çıxmasının qarşısı almaq idi..

        Cavab yaz
  • Anonim
    Roya · 20 Yanvar 10:41103

    Tariximizin en qürurlu ve en hüzünlü günü 20 yanvar 1990.Allah size rehmet elesin.

    Cavab yaz
  • Anonim
    Goo · 20 Yanvar 11:0150

    Allah rehmet elesin sehidlerimize.

    Cavab yaz
  • Anonim
    Sovet vətəndaşı · 20 Yanvar 11:4640

    Şəhidlərimizə Allah rəhmət eləsin. Yerləri behişt olsun.

    Cavab yaz
  • Anonim
    Sovet vətəndaşı · 20 Yanvar 11:5810

    MKİnin agentinin əlindən bundan başqa iş gələmməzdi. Allah ona min lənət eləsin. Şəhidlərimizə Allah rəhmət eləsin, yerləri behişt olsun.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 20 Yanvar 12:281023

    Emilerim canli sahid olub 20 yanvarin Bakida toyda olublar . .Mamamin emisi oqlunun kamazinda Tanklar ezmisdi oqlana hec ne olmamisdi amma 2-3 ilden sonra rehmete getdi.Mamamin emisi arvadi var idi yaziq .20 yanvardan 2-3 gün sonra corek almaqa gedib birden bir arvad qisqirib ki Tanklar gelir qıra qıra Allah növbede duranlar nece bir-birin tapdalaya tapdalaya qaciblar hamisi da arvad usaq Onda mama deyir qapi doyuldu ki Ezizenin ureyi gedib qalib maqazinin qabaqinda mamam deyir onda el telefonu falanda yox qacdim deyir maqazine gordum girib qouluna ayildirlar Götürüb gelib eveee barmaqi sinmisdi Hemen barmağ eyri qaldi ölünceee 20 yanvardan xatiree.Dehsetli günler olub eee indikinden iraq Heqiqeten Tarixi qanlari ile yazdilar ve yaxud onlara yazdirtdilarrr.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 20 Yanvar 13:0233

    Dislike edenn basuva daş düşdü dyesenn nenem demiş :Ay ermenii ay xaxol ay urus qirdun da milletimi indi ne isteyirsen heeee ?? Dislike gününüe qalasannn eleeeceee

    Cavab yaz
    • Anonim
      Sovet vətəndaşı · 20 Yanvar 13:1941

      Ay dislikesevər, heç olmaya bu gün səbr et, burda hamı şəhidlərdən yazır. Nəhlət sənə kor şeytan((

      Cavab yaz
  • Anonim
    Papatya · 20 Yanvar 15:2220

    Allah rəhmət eləsin bütün şehirlerimize. Qəbirləri nurla dolsun.(((((amin.

    Cavab yaz
    • Anonim
      Papatya · 20 Yanvar 16:4410

      Şəhidlərimizə

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.