Cəmiyyət

Günün qoroskopu: bu gün sizə asan olmayacaq

19 Yanvar 2020 00:01
19 Şərh     Baxış: 8 572

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - perspektivli planlar qurmayan, şəraiti özünə yox, özünü şəraitə uyğunlaşdırmağa üstünlük verənlər üçün gün sakit və hətta xoş keçəcək. Lakin daha az çevik və müəyyən məqsədə çatmağa can atanların vəziyyəti qibtə ediləsi olmayacaq. Onların uğur şansı minimal, məyusluqları isə çox ciddi olacaq.

Buğa - nəhayət ki, mənfi tendensiyalar geri çəkilir, sizə sakit, hətta xoş gündən zövq almağa imkan verir. Əlverişli məqamdan yararlanmaq və yeni işə başlamaq olar. Eləcə də, dincəlmək və gücünüzü bərpa etmək olar. Hər bir halda, vaxtınız hədər getməyəcək. Ailədə fikir ayrılıqları istisna deyil. Amma onlar müvəqqəti xarakter daşıyacaq.

Əkizlər - bu gün üçün münasib olan məşğuliyyətlər yaradıcılıq, əl işləri, eləcə də qiraətdir. Səs-küylü məclislərdən və kübar həyatda fəal iştirakdan imtina etmək məsələhətdir. Aktiv istirahət, idmanla məşğul olmaq və fiziki iş yalnız günün birinci yarısında məqsədəuyğundur.

Xərçəng - bu gün sizə asan olmayacaq. Hadisələr heç də arzuolunan məcrada inkişaf etməyəcək. Düzgünlük və intizamlılığına bel bağladığınız adamlar sizi pis vəziyyətdə qoyacaqlar. Maddi çətinliklər ehimalı var. Əgər şübhəli sövdələşmələrlə vəziyyəti düzəltməyə çalışsanız, çətinliklər daha da artacaq.

Şir - ötən günlərin zəhmət və qayğısını sevinc, şənlik və layiqli istirahət əvəz edəcək. Gün çox uğurlu olacaq, bəzi Şirlər heç bir səy göstərmədən uğur əldə edəcəklər. Köhnə tanışlarla görüşlər mümkündür. Onlar sizi gördüklərinə ürəkdən şad olacaq və xoş xəbərləri sizinlə bölüşəcəklər.

Qız - səhər saatlarında yaxınlarınızla mübahisələr gözlənilir. Günün ortasında isə harmoniya bərqərar olacaq. Siz tənqiddən incimir və eyhama eyhamla cavab vermirsiniz. Sülhpərvər əhval-ruhiyyənizin ətrafdakılara da sirayət etməsi üçün bir qədər vaxta ehtiyac var.

Tərəzi - gün ailəli Tərəzilərə xeyli müsbət emosiya bəxş edəcək. Onlar yaranmış imkandan yaxınları ilə vaxt keçirmək üçün istifadə edəcəklər. Bürcün tənha nümayəndələrinə isə evdə oturmamaq məsləhətdir - maraqlı tanışlıqlar mümkündür.

Əqrəb - gün gözlənilməzliklər, hazırlaşmağa macal tapmadığınız vacib hadisələrlə zəngin olacaq. Amma bunu dərd etməyin. Bu gün şəraiti göydə tutmağa, baş verənlərə dərhal reaksiya verməyə qadirsiniz. Düzdür, bu, çox yorucu olacaq. Günün sonunda hər şeydən çox sakit istirahətə ehtiyac duyacaqsınız.

Oxatan - alqı-satqı üçün əlverişli gün deyil. Pulu hətta ən yaxşı şeylərə xərcləməkdənsə, toplamaq yaxşıdır. Həyat potensialı aşağıdır. Nə qədər çətin olsa da, taqətdən düşməkdən qaçmaq lazımdır.

Oğlaq - əvvəlkilərlə müqayisədə daha az uğurlu olsa da, pis gün deyil. Diqqəti ev işlərinə cəlb etmək - komfort, interyer dizaynı və s. ilə məşğul olmaq mümkündür. Elm və araşdırma fəaliyyətində isə işlər bir qədər pis olacaq. Bu sahələrdə uğurlar cüzidir.

Dolça - xeyli təlaş və narahatlıq olacaq - bəzən boş şeylər, bəzən isə tam ciddi səbəblər üzündən. Dərd orasındadır ki, nəyin, həqiqətən, vacib, nəyin vacib olmadığını heç cür təyin edə bilməyəcəksiniz. Məsləhət üçün yaşlı qohumlarınıza müraciət etməyə dəyər. Onlar vəziyyətdən baş çıxarmaqda sizə yardım edəcəklər.
 
Balıqlar - bu gün sizin üçün kifayət qədər çətin olacaq. Sizə maraqlı və çox şey vəd edən kimi görünən işlə artıq başqası məşğul olur. Sizə qalan isə darıxdırıcı, yeknəsəq və yaradıcı yanaşma tələb etməyən məşğuliyyətdir. Bu gün sizi inciklik (ya konkret kimdənsə, ya da bütövlükdə həyatdan) idarə edəcək. Dava-dalaşlara səbəb olacaq, hətta, ən yaxın adamlarınıza da xoş olmayan sözlər deyəcəksiniz. Günahınızı yumaq asan olmayacaq.

Milli.Az

loading...

Şərh yaz:

19 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 19 Yanvar 00:0290

    Bazar gününüz gözel ,maraqli, xos ve uqurlu olsun ..

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 19 Yanvar 00:0292

    Status-Göz yaşların silmekdense, Göz yaşlarina sebeb olan insanlari silmek lazimdi !

    Cavab yaz
    • Anonim
      7 64 · 19 Yanvar 10:2930

      Ele adamlara gore goz yawi tokmerem, silerem onu heyatimdan sessiz semirsiz.

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 19 Yanvar 00:0383

    Status-Sevgi nelerese engel ola biler Amma esl sevgiyeee heccc ne engel ola bilmez.!

    Cavab yaz
    • Anonim
      Ağsaqqal · 19 Yanvar 09:0152

      Esra ,statusların əməlli -başlı sənət əsərləri nümunəsidir !Sağol ,var ol !

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 19 Yanvar 09:0672

        Ayyyyyy, Aqsaqqal müellimm oxuyan gözleriniz var olsun !

        Cavab yaz
    • Anonim
      7 64 · 19 Yanvar 10:3940

      Esil sevgi yoxdur, bir birine hormet qarwiliqli anlawma var.

      Cavab yaz
  • Anonim
    Princess · 19 Yanvar 00:0425

    A xanim var idi, hardadi o? Niye evvelki serhcilerden az gorurem burda? Baxirsizsa yazin xahis edirem her birinizden.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 19 Yanvar 00:0662

    Diqqet günün suali -Bezi boyevik kinolarinda ve Hind kinolarinda 1 nefer 65 nefere qarsi boks, karate, cudo güleş her idman novu edib hemen 65 neferi yere serir.Ve sevgilisin xilas edir. Heqiqeten bele bir sey heyatda ola bilerrr.???

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 19 Yanvar 09:5032

      Yoxxxxxxxxxx Real heyatda olaaa bilmezzz

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 19 Yanvar 00:0662

    Ve.......Geceniz bal Esraaa olsunnn Şipşirin olsunn Gedek yataqqqq sabah istirahetdiii doyunca yataqqqq Seq olunnnn selametlerleeee

    Cavab yaz
  • Anonim
    7 64 · 19 Yanvar 00:1170

    Sabahiniz xeyr olsun.Allah cetin iwlerimizi asan elesin.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 19 Yanvar 08:5541

      Amin ! Sizində

      Cavab yaz
  • Anonim
    Xais oxuyub · 19 Yanvar 00:2015

    Ay dostlar sizin yoldasiniz size vaxt ayirmasa. Usaginizi gezdirmirse ve size icaze vermirse cixmaga ele heyatyoldasiyla qalardiz

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 19 Yanvar 08:5351

      Heççççççççç vaxt.

      Cavab yaz
    • Anonim
      7 64 · 19 Yanvar 10:2520

      Qalaram uwaqlarimin xetrine .

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 19 Yanvar 08:5023

    Ditdiiiiiii:))))))))))Sabahinizi xeyir olsunnnn Kim durubbb yuxudannn heeeee??

    Cavab yaz
    • Anonim
      Hammmmı yatıb · 19 Yanvar 09:0833

      Cırtdan oyaq

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 19 Yanvar 09:1352

        Menem dee Cırtdann.

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.