Cəmiyyət

İcbari tibbi sığorta ilə bağlı xidmətlər zərfi təsdiqləndi

12 Yanvar 2020 09:49
3 Şərh     Baxış: 3 938
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Nazirlər Kabineti "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nin təsdiq edilməsi haqqında qərar qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi növündən asılı olaraq tibbi xidmətlərin göstərilməsi şərtlərini, müştərək maliyyələşmə məbləğlərini, habelə gözləmə müddətlərini müəyyən edir.

Bundan başqa sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) Qanuna uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisələrində və (və ya) həmin müəssisələrin göndərişi əsasında göstərilir.

Belə ki, sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər tibbi göstəriş olduğu hallarda göstərilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.