Cəmiyyət

Günün qoroskopu: yaşlı qohumlarınızla aranızdakı münasibətlər gərginləşir

14 Yanvar 2020 00:01
14 Şərh     Baxış: 8 727

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - ailə bağları möhkəmlənir, uzun müddət sərbəstlikdən zövq alan yalnız insanlar isə nikah barədə fikirləşməyə başlayırlar. Bu gün başlanan istənilən münasibət uzunmüddətli olacaq və insanlara böyük təsir göstərəcək.

Buğa - yaşlı qohumlarınızla aranızdakı münasibətlər gərginləşir. Onlar sizin zəifliklərinizi, səhvlərinizi göstərməkdən usanmırlar. Ancaq sevdiyiniz şəxslə münasibətləriniz yaxşı olacaq və birlikdə xoş vaxt keçirəcəksiniz.

Əkizlər - gün sakit axarlıdır. Məqsədyönlü Buğalar istədiklərinə çatacaqlar. Düzdür, bu, elə də sürətlə baş verməyəcək. Amma sizin səbriniz böyükdür. Yeni iş ortaqları ilə münasibətləri düzəltmək imkanı yaranır. Bunların arasında elələri də var ki, onlarla əməkdaşlıq barədə siz əvvəllər yalnız arzu edirdiniz.  

Xərçəng - bu gün baş verən hadisələrlə sizin öz əməlləriniz arasında bir bağ tapmaq çətin deyil. Odur ki, bir çətinlik yaransa, tələsik günahkar axtarmağa çalışmayın. Əgər hadisələr xoşunuza gəlmirsə, çalışın, panikaya düşməyəsiniz. Yalnız sakitlik və təmkinlə şəraitə hakim ola bilərsiniz.

Şir - sizə təklif edilən xeyirxahlığın içində yamanlıq axtarsanız, onu əldən vermiş olarsınız. Hər işi vaxtında görüb qurtarın. Öz işinizə görə heç kəs sizə yalvaran deyil. Bütün insanlara hörmətlə yanaşın.

Qız - özünüzü vəziyyətin ağası kimi hiss edəcəksiniz. Nəzərdə tutduğunuz xeyriyyə tipli məsələləri həll etmək sizin üçün çətinlik törətməyəcək. Səhhətinizdən şikayətiniz olmayacaq.

Tərəzi - intuisiyanız sizə başqalarına mane olmadan öz mənafelərinizi qorumaq üçün nəyi necə etməyi yaxşı tövsiyə edir. Yalnız bir şey uğurunuzun qarşısını kəsə bilər -  öz gücünüzə inamsızlıq, kimdənsə haqlı olduğunuza dair rəy gözləməyiniz. Təəssüf ki, bu gün tərəfdaşlarınız az, sizə "doğru" yol göstərmək istəyənlər isə çox olacaq.  

Əqrəb - maraqlı layihələr, uğurlu investisiyalar üçün uğurlu gündür. Bu gün geniş miqyasda fikirləşmək, gələcək üçün planlar qurmaq çətin deyil. Bütün bunları həmfikirlərlə müzakirə etmək isə çox maraqlı və xoş olacaq. 

Oxatan - əgər maddi vəziyyətinizi yüksəltmək qayğısına qalmasanız, çox tezliklə peşiman olacaqsınız. İndi biznes planlarını həyata keçirmək üçün imkanlarınız genişdir. Bacardıqca az əsəbiləşin.

Oğlaq - səhhətinizdən şikayətiniz olmayacaq. Özünüzü güclü hiss edəcəksiniz. Maddi durumunuzu artırmaq hələ ki, müşkül işə çevrilib. Bununla belə, ümumi ovqatınız cox yüksəkdir.

Dolça - özünüzü güclü hiss edəcəksiniz. Əsəbi keçən bu gün sizə maddi heç nə vəd etmir. Ünsiyyətlərinizdə diqqətli olun. Maddi imkansızlıq problemlərinizi çoxaldır. Dözümünüzü artırın.
 
Balıqlar - məxariciniz mədaxilinizdən çoxdur. Prinsiplərinizə uyğun gəlməyən mənbələrdən imtina etməyinizin yeri var. Sizi vicdanlI və ağıllı adam kimi tanıyırlar. Bu, əslində, belədir. Ünsiyyətdə güzəştə gedin.

Milli.Az

loading...

Şərh yaz:

14 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Yanvar 00:0280

    Sabahiniz uqurlu gününüz maraqli olsun.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Yanvar 00:0276

    Status-Heyat muharibedi Tek silahin aqlin ve inancindi.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Yanvar 00:0366

    Status-Qirdiqin siqaret yanib tüstü vermeyecekse , qirdiqin ürekden hec vaxt sevgi gözleme !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Yanvar 00:0486

    Coxunuzun evinde servantin ustunde, hec vaxt isletmediyiniz, amma hemise silib yerine qoyduqunuz, icinde xarab adapter , nausnik ve saireler olan bir qab olur :))))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Yanvar 00:0576

    Status-Kimnen sorussan necedi her kes her zaman yaxsiyam deyer ,amma hec kim hec vaxt xosbextem demirrr ..

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Yanvar 00:0656

    Status-Qiyabi telebe kimisen menim heyatimda adin gedir ,özün ise yoxsan görunmursen .

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Yanvar 00:0776

    Veee...Geceniz xeyre qalsin yuxunuz sirin olsun bal olsun Esra olsun Sabahhh burada axsam olacammm .Seq olun selametlerle qalin Qismet olar göruserik !

    Cavab yaz
  • Anonim
    Şemkirli · 14 Yanvar 11:4141

    Salam Dostlar

    Cavab yaz
    • Anonim
      Semkirliye · 14 Yanvar 13:0210

      Salam

      Cavab yaz
      • Anonim
        Şemkirli · 14 Yanvar 15:0411

        Necesen yaxsan off adam Menden Coooxxmu kusmusen ??

        Cavab yaz
        • Anonim
          Semkirliye · 14 Yanvar 15:5801

          Bele da menem.bir bilsen hele nece hemde cox..

          Cavab yaz
          • Anonim
            Şemkirli · 14 Yanvar 20:2600

            Axsamin xeir Of Adam bagisda da Qadasi bilirsen hemseki kimi da isimle elaqeder yatirdim,Olerem ele ne kusdurub Seni bele bele coxx??

            Cavab yaz
            • Anonim
              Semkirliye · 14 Yanvar 20:4900

              Narahat olma isinde ol.burdan da cixiram day bura da yazmayacam

  • Anonim
    Şemkirli · 15 Yanvar 02:2000

    Niye cixirsan Sebeb nedi ?? Ne olub ki Sebeb Menemse Men Cixim Sen Yaz bura

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.