Cəmiyyət

Respublika Elmi-Texniki Kitabxanasına “Respublika” statusu verilib

28 Dekabr 2019 22:09
0 Şərh     Baxış: 734
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasına "Respublika" statusu verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Əqli Mülkiyyət Agentliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Eyni zamanda Nazirlər Kabineti "Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 sentyabr tarixli 379 nömrəli Qərarında dəyişiklik edib.

Qərara əsasən, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddi 126 vahiddən 100 vahidə endirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.