Cəmiyyət

“700 manat veririk ki, kimsə gəlsin bizə “balalar” desin...”

24 Dekabr 2019 11:58
6 Şərh     Baxış: 4 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Açığı, Cem Yılmaz Bakıya gəlməyənədək fikirlərim fərqli idi. Düzdür, "stand up"da bəyəndiyim az insan var. Onlardan biri də Cem Yılmazdır. Bizi ancaq onunla müqayisə edirlər. Bura gələndə Azərbaycan haqda sıfır məlumatla gəlib. Deyir ki, sizin şəhər mədəni imiş, böyük imiş. Belə şey olmur axı. Bunu öyrənməlisən.

Bu sözləri axşam.az-a açıqlamasında Cem Yılmazın da haqqında bəhs etdiyi azərbaycanlı aktyor və "stand up"çı Erkin Ergin deyib.

O, məşhur şoumeni sərt tənqid edib:

"Ona burada "iq partlayışı" deyirlər, intellektual insanlarımız ondan qidalanırlar. Yəni, bu da sizin intellektualınız... Adama reklam çarxı çəkdiriblər. Bizə deyir ki, Bakıda görüşəcəyik, balalar. "Balalar" bizdə ya uşağa deyirlər, ya da bəzi xanımlara. Düzdür, bu ifadəni sevmirəm. Düzgün deyil. Cem ya uşaqları salamladı, ya da o xanımları. Yaxşı ki, xalaları deməyib. Bəlkə də öyrənsəydi, deyərdi. Dedi ki, dərsimə çalışmadım. Azərbaycanı belə təsəvvür etmirdim. Deməli, bizi aşağı görürmüş...".

E.Ergin bildirib ki, Cem Yılmaz onun Türkiyədə "stand up" etdiyini düşünüb:

"Elə bilib ki, burada "stand up" yoxdur və mən Türkiyədə çıxış etmişəm. Özü də deyib ki, azərbaycanlı arkadaşım Türkiyədə konsertdə belə bir söz deyib. Bir az məndə təəssüf hissi yarandı. Hamı elə düşündü ki, mən Cem Yılmaza söz atmışam. Yox. 700 manata türk dilində "stand up"a pul verib, Azərbaycan dilində isə 20-30 manat vermirik, verəndə isə qulaq asmaq istəmirik. Amma 700 manat veririk ki, kimsə gəlsin bizə "balalar", "ay balam" desin, azərbaycanca danışanda qığırdağına salıb kobud hərflərlə danışsın. Demirəm ki, bizdə kobud hərflər yoxdur. Amma biz o dərəcədə danışmırıq.

Bizə qarşı münasibətindən xoşum gəlmədi. Azərbaycanca danışana dəyər vermirik, bizə xoşdur ki, kimsə gəlsin türkcə danışsın, fransız gəlsin "Sələm, Əzərbəycən" desin, biz də sevinək. Burada var da... Mən səlist deyirəm ki, salam, Azərbaycan. Ağlım işləyir, dili bilirəm. Türkiyəyə, yaxud Afrikaya gedəndə də çalışaram ki, oranın mentalitetini öyrənim. Amma belə sıfır məlumatla Azərbaycana gəlmək, özü də baha biletlə...".

Aktyor həmkarı Fərda Xudaverdiyevin Cem Yılmazla görüntülərindən xoşhal olduğunu söyləyib:

"Cem Yılmazı bəyənənlər Fərdanı bəyənmirdilər. Yəqin ki, Cem Yılmaz onlara sillə kimi cavab verdi. Onunla video, foto çəkdirdi, konsertinə çağırdı, Fərdanın şousunu reklam etdi".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.