Cəmiyyət

“Lotu Quli”nin qohumu İstanbulda bıçaqlandı

24 Dekabr 2019 08:48
0 Şərh     Baxış: 4 048
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən İstanbulda "qanuni oğru" Lotu Qulinin (Nadir Səlifov) qohumu Maqa Rustavski bıçaqlanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisəni vaxtilə Quliyə qarşı uyğun olmayan davranışlarına görə kriminal avtoritet Arman Dikiy tərəfindən döyülən kutaisili Kvejoviç törədib.

Maqanın dostları ilə dincəldiyi restorana 15-20 nəfərlik qrupla gələn Kvejoviç Qulinin qohumunu masasına çağırıb. O, Maqadan "oğru" olmaq istəyib-istəmədiyini soruşub. "Oğru" tacına real namizədlərdən olan Maqa cavabında onsuz da özünü belə hesab etdiyini deyib. Kvejoviç isə bu dəfə frayer onu vurarkən niyə hərəkətsiz dayanmasını soruşub. Bu zaman Maqa ona ağır cavab verib. Yumruqlarını işə salan Kvejoviçə yanındakılar da dəstək olub. Bu zaman onun dəstəsindəki naxçıvanlı Emin Maqanı bıçaqlayıb. Zərbələr həyati əhəmiyyətli orqanlara dəyməsə də, yaxınlıqdakı xəstəxanaya çatdırılan Maqaya tikişlər qoyulub.

Hazırda Türkiyə polisi insidentdə iştirak edənləri axtarır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.