Cəmiyyət

"Ülvi Həsənli ARB telekanalındakı işindən uzaqlaşdırılmayıb" - AÇIQLAMA

20 Dekabr 2019 15:09
6 Şərh     Baxış: 7 110
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktyor-aparıcı Ülvi Həsənli ARB telekanalındakı işindən uzaqlaşdırılmayıb.

Milli.Az xəbər verir ki, "ARB Media Qrup"un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli bu barədə baku.ws-ə açıqlamasında söyləyib. 

Kanal rəsmisi bildirib ki, "Üçəlli" proqramı bağlanmayıb:

"Kanal daxili bəzi dəyişikliklər etdik. Sadəcə olaraq, "Üçəlli" proqramı gündəlik olaraq yayınlanmayacaq. Verilişin adından da görsəndiyi kimi "Üçəlli"dir. Hal-hazırda Əli Mirəliyev bu üçlükdə deyil. Əli Mirəliyev fərqli bir layihə ilə tamaşaçıların qarşısına çıxacaq.

Bu üçlüyü tamamlayacaq aparıcı ilə proqram yenidən tamaşaçıların qarşısında olacaq.

Bundan əlavə yeni layihəmiz olan "Ona qalsa" bu gündən artıq efirdədir".

Qeyd edək ki, ötən gün mətbuatda Ülvi Həsənlinin işdən çıxarıldığı barədə məlumat yayılmışdı. Buna səbəb olaraq sənətçinin sosial şəbəkədə yayılan intim görüntüləri əsas gətirilmişdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.