Cəmiyyət

Videosu yayılan Ülvi danışdı: "Hamı mənim tərəfimdədir" - AÇIQLAMA

20 Dekabr 2019 13:48
12 Şərh     Baxış: 15 646
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir xanımla telefonla danışan və açıq-saçıq hərəkətlər edən Ülvinin videosu qız tərəfindən qeydə alinaraq, sosial mediada yayılıb.

Milli.Az xəbər verir ki, Ülvi Həsənli məsələ ilə bağlı azxeber.com-a danışıb.

O bildirib ki, öz işinin başındadır və bu görüntülər onu narahat etmir:
 
"Bu haqda danışmaq istəmirəm, işimlə məşğulam, millətin üzünü güldürməyə çalışıram. Mən hər zaman yaxşılığımı edirəm, qoy onlar mənə qarşı pislik etsin. Mən susduqca hamı məni anlayır və mənim doğru olduğumu başa düşür. Sadəcə, onu deyə bilərəm ki, bu məsələdə hamı mənim tərəfimdədir".
 
Ülvi yayılan görüntülərə görə efirdən uzaqlaşdırılmadığını deyib: "Mən verilişdən uzaqlaşmamışam. Bir həftə bundan əvvəl rəhbərliklə danışmışıq, gecə şousu yaradırıq. Bu halda da mənə ən böyük dəstəkçi ARB TV oldu. Onlara təşəkkür edirəm".
 
Qeyd edək ki, aktyor Ülvi Həsənli bu il ailə həyatı qurub və yaxın zamanlarda ata olacaq. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.