"Gilan Tekstil Park" Oeko-Tex® Standard 100 beynəlxalq ekoloji sertifikatlara layiq görülüb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"GİLAN TEKSTİL PARK" MMC aşağıdakı 3 məhsul qrupuna aid OEKO-TEX Standart 100 sertifikatlarını alıb:
- Ağardılmış və reaktiv boyanmış 100% pambıq toxuma parçalar, ağardılmış və reaktiv boyanmış 100% pambıq hörgü və xovlu parçalar, piqment və reaktiv basqılı 100% pambıq toxuma parçalar;
- Pambıq xovlu parçadan istehsal olunmuş dəsmallar, ağardılmış və reaktiv boyanmış, piqment və reaktiv basqılı pambıq toxuma parçalardan yataq dəstləri;
- Ağardılmış və reaktiv boyanmış pambıq hörgü parçalardan köynəklər (t-shirt).
Məlumat üçün bildirmək istərdik ki, OEKO-TEX - 1992-ci ildə Avstriyanın Tekstil Tədqiqat İnstitutu və Almaniyanın Hohenşteyn adlı elmi-tədqiqat institutu tərəfindən əsası qoyulmuş, bir sıra kimyəvi maddələrin istifadəsinə məhdudiyyət qoyan tekstil məhsullarının beynəlxalq sınaq və sertifikatlaşdırma sistemidir. Hal-hazırda Baş ofisi İsveçrədə yerləşən, Avropa və Yaponiyadan 18 müstəqil tədqiqat və araşdırma institutunu birləşdirən, filialları 60-dan çox ölkədə yerləşən OEKO-TEX təqdim etdiyi sertifikat tekstil məhsullarının ekoloji təhlükəsizliyini təsdiqləyir. Oeko-Tex® Standard 100 sertifikatı, yoxlanılan tekstil məhsullarında Avropa Birliyində qadağan edilmiş maddələr olmadıqda verilir. Onun məqsədi sağlamlıq üçün məhsulun təhlükəsizliyinə zəmanət verməkdir. OEKO-TEX - istehsalçı üçün məhsulunun keyfiyyətini sübut və təsdiq edən ticarət nişanı olmaqla yanaşı, həm də istehlakçılar arasında kifayət qədər tanınmış və etibar qazanmışdır. Tekstil materiallarının tərkibində zərərli maddələrin test etmə prosesinin əsasını təşkil edən meyarlar siyahısı son elmi tədqiqatların nəticələrinə əsaslanır və daim yenilənir.
Sertifikatın üzərindəki mətn belə tərcümə edilir: "Bu tekstil məhsuluna etibar edin. Oeko-Tex 100 ekoloji standarta uyğunluğu yoxlanılmışdır".
Sertifikatlar təsdiq edir ki, GiLTEX brendi altında 100% pamblqdan istehsal edilən parça, hazır ev tekstili məhsulları, köynəklərdə alergiyaya səbəb olan və konserogen boyalardan və digər insan sağlamlığına zərərli kimyəvi maddələrdən istifadə edilmir. Oeko-Tex® Standard 100 təhlükəli maddənin yoxlamaları tekstil məhsulunun istifadə təyinatına görə fərqlənir. Tekstil məhsulunun dəri ilə təması nə qədər sıx olarsa, insan ekologiyasının tələbləri bir o qədər yüksək olmalıdır prinsipi tətbiq olunur. Sertifikatlaşdırma zamanı mallar 4 qrupa bölünür:
I. - Körpələr və 3 yaşa qədər uşaqlar üçün toxuculuq məhsulları və toxuculuq oyuncaqları: alt paltarları, yataq dəstləri və ləvazimatları, yumşaq oyuncaqlar, sürgülər və s.
II. - Səthinin çox hissəsi dəri ilə birbaşa təmasda olan tekstil məhsulları: alt paltarları, yataq dəstləri, xovlu məhsullar, köynəklər, bluzlar, corablar və s.
III. - İstifadəsi zamanı dəri ilə və ya onun səthinin bir hissəsi ilə birbaşa təmasda olmayan toxuculuq məhsulları: gödəkçələr, paltolar, xarici geyimi üçün materiallar və s.
IV. - İnteryer üçün dekorativ materiallar: masa örtükləri, mebel parçaları, pərdələr, həmçinin toxuculuq divar kağızları və xalçalar və s.
Yeri gəlmişkən, GiLTEX yüksək ekoloji tələblərə cavab verərək 2-ci qrup məhsullara görə sertifikatlaşdırılmışdır. OEKO-tex Standard 100 sertifikatları 12 ay müddətinə verilir, bundan sonra şirkət sertifikatların yenilənməsi üçün ərizə ilə yenidən müraciət edir. Bu halda qiymətləndirmə proseduru, şübhəsiz ki, yenidən həyata keçiriləcəkdir. Bu da o deməkdir ki, sertifikat almadan əvvəl və sonra ekoloji standartlara riayət ediləcəkdir. Oeko-tex 100 - etibarlılıq və təhlükəsizlikdir.
Xatırladaq ki, GiLTEX 2012-ci ildən Azərbaycanda, Sumqayıt şəhərində fəaliyyətə başlayan "GİLAN TEKSTİL PARK" MMC-nin ticarət nişanıdır. Müəssisədə yüksək keyfiyyətli Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsulları istehsal edilməkdədir. Ümumi sahəsi 150.000 m2, ümumi istehsal sahəsi isə 50.000 m2 olan müəssisənin bazasında vertikal inteqrasiya sistemi ilə qurulmuş və tekstil istehsalı üzrə bütövlükdə texnoloji ardıcıllığı tam əhatə etmiş İplik fabriki, iki Toxuma fabrikləri, iki Boyama fabrikləri və Tikiş fabriki fəaliyyət göstərməkdədir. Hal-hazırda GİLAN TEKSTİL PARK-da iplik, müxtəlif növ parça, yataq dəstləri, toxuculuq məhsulları, dəsmallar, hörgü məhsulları, yorğanlar, yastıqlar, habelə oda və suya davamlı xüsusi geyimlər, müxtəlif təyinatlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar və s. istehsal edilməkdədir.
DİGƏR XƏBƏRLƏR
-
Hündürlükdən yıxılırmış kimi hiss etmək bu problemlərin xəbərçisidir
-
Nərmin Əhmədova yüksək vəzifəyə təyin EDİLDİ
-
İçkiyə ən çox bu rayonumuz pul xərcləyir - SİYAHI
-
Dəmiryol infrastrukturunun saxlanması qaydaları müəyyən edilib
-
QHT nümayəndələri Nazirliyin publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər - FOTO
-
Paytaxtda tıxac yükü artır - Mütəxəssislər xəbərdarlıq edir
XƏBƏR LENTİ
-
Ürək üçün ən faydalı 10 QİDA
-
Evdəki gizli təhlükə: Tozsoranla bağlı bilinməyənlər...
-
Hündürlükdən yıxılırmış kimi hiss etmək bu problemlərin xəbərçisidir
-
Yayda sağlam qaralmağın yolları nələrdir?
-
Bakının bu rayonlarında işıq olmayacaq
-
“Real”ın baş məşqçisi klubdan ayrıldı
-
Əraqçi: Bölgəni tərk edin
-
Ədviyyatlı, kartoflu, xırçıldayan üçbucaq börək resepti
-
Sərt dəsmalları pambıq kimi yumşaldır: Sirkə əvəzinə bunu əlavə edin
-
Marsda nəhəng canlının olduğunu göstərən görüntü həqiqətdir? - FOTO
-
Günün qoroskopu: Həyatınıza ciddi və uzunmüddətli insan daxil ola bilər
-
Millimiz qalib gəldi - YENİLƏNİB
-
"Turan Tovuz"dan ilk transfer
-
Gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyalarına start verilib - FOTO
-
Qədim Çin bitkisi keçəlliyə qarşı ümid verdi: Saç köklərini yeniləyə bilər - FOTO
-
Çiyələk mürəbbəsinin qatı olması üçün nə etməli?
-
Bərdə sakini ilə qaçan məktəbli qız tapıldı - YENİLƏNİB
-
"Zirə" futbolçusu ilə yolları ayırıb
-
Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib
-
“Məni vurdu, dedi ki, evdə desəm, qiymətimi kəsəcək”
-
"Komedixana"nın aktyoru özünə yeni ev aldı
-
Serenay Sarıkayanın yeni layihəsi
-
“Brent” ucuzlaşdı
-
"Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"





