İran

Əraqçi: Bölgəni tərk edin

10 İyun 2026 00:49
Baxış: 376
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İranın xarici işlər naziri Abbas Əraqçi regionda ordu yerləşdirən ölkələrə bölgəni tərk etməyi tövsiyə edib.

Milli.Az report-a istinadən xəbər verir ki, A. Əraqçi bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Ərazimizin yaxınlığındakı xarici qüvvələr öz insan xətaları, adi qəzalar və ya potensial olaraq çarpaz atəş arasında qalmaq səbəbindən daimi risk altındadırlar", - o, xatırladıb.

Əraqçinin sözlərinə görə, riski azaltmaq üçün ən yaxşı həll yolu onların bölgədən çıxmasıdır: "Biz diplomatiya dilinə üstünlük veririk, lakin başqa dillərdə də danışırıq".

Xatırladaq ki, ABŞ-nin"AH-64 Apache" zərbə helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb. ABŞ Prezidenti Donald Tramp isə "Apache"ni İranın vurduğunu iddia edib və İslam Respublikasını cavab hücumu ilə hədələyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.