Qədim Çin bitkisi keçəlliyə qarşı ümid verdi: Saç köklərini yeniləyə bilər - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Saç tökülməsinə qarşı əsrlərdir istifadə edilən təbii üsullar yenidən elm dünyasının diqqət mərkəzindədir. Yeni bir araşdırma ənənəvi Çin təbabətində yer alan boğumluca otu kökünün saç köklərini qoruya biləcəyini və saçların yenidən bərpasını dəstəkləyə biləcəyini ortaya qoyub. Ekspertlər isə bitkinin potensial təsirlərinin tam dəqiqləşməsi üçün daha çox klinik tədqiqata ehtiyac olduğunu bildirirlər.
Milli.Az xəbər verir ki, ənənəvi Çin təbabətində yüzilliklər boyu istifadə edilən boğumluca otu kökünün, kişilərdə rast gəlinən saç tökülməsi (androgenetik alopesiya) üzərində müsbət təsirlər göstərə biləcəyi məlum olub. Yeni araşdırmalar bu bitkinin nəinki saç itkisini yavaşlatdığını, həmçinin saç köklərinin yenidən aktivləşməsinə kömək edə biləcəyini irəli sürür.
Androgenetik alopesiya zamanı saç follikulları (kökləri) tədricən kiçilir, nəticədə saç telləri incəlir və onların böyümə dövrü zəifləyir. Hazırda bu problemin müalicəsində istifadə olunan finasterid və minoksidil kimi preparatlar bəzi insanlarda effektiv nəticə versə də, mümkün yan təsirlərinə görə hər kəs tərəfindən üstünlük təşkil etmir.
DHT hormonunun təsirini azaldır
Çin dilində "He Shou Wu" olaraq tanınan boğumluca otunun qurudulmuş kökünün saçın böyüməsi ilə bağlı bir çox bioloji prosesə təsir edə bildiyi müəyyən edilib.
Araşdırmaya əsasən, bu bitkinin saç tökülməsində kritik rol oynayan dihidrotestosteron (DHT) hormonunun təsirini azaldaraq saç follikullarını qoruduğu ehtimal olunur. Bununla yanaşı, boğumluca otunun saç köklərindəki hüceyrə itkisini azaltdığı və baş dərisindəki qan dövranını yaxşılaşdırdığı ifadə edilir. Tədqiqatçılar bitkinin hüceyrə yenilənməsi və toxuma bərpası ilə bağlı bəzi bioloji siqnalları hərəkətə gətirərək saçların yenidən böyümə mərhələsinə keçməsini asanlaşdırdığını düşünürlər.
Ənənəvi biliklər müasir elmlə üst-üstə düşür
Tədqiqatın müəlliflərindən biri olan Han Bixian keçmişdən gələn bitki mənşəli istifadə məlumatlarının müasir saç biologiyası ilə diqqətçəkən şəkildə üst-üstə düşdüyünü qeyd edib. O, əldə edilən nəticələrin bu təsirin sadəcə ənənəvi inanclara əsaslanmadığını göstərdiyini bildirib.
Laboratoriya işləri, klinik hesabatlar və tarixi bitki mənbələrinin birlikdə dəyərləndirildiyi bu araşdırmanın tapıntıları boğumluca otunun mövcud saçları qorumaqla yanaşı, saçların yenidən bərpası üçün uyğun bioloji mühitin formalaşmasına da dəstək verdiyini göstərir.
Geniş klinik araşdırmalara ehtiyac var
Mütəxəssislər bitkinin malik olduğu bu potensialın olduqca diqqətçəkən olduğunu, lakin qəti nəticələrə varmaq üçün daha genişmiqyaslı klinik araşdırmaların aparılmasının vacibliyini vurğulayırlar. Doğru şəkildə hazırlandığı təqdirdə təhlükəsiz bir seçim ola biləcəyi qeyd edilən boğumluca otunun gələcəkdə saç tökülməsinə qarşı alternativ bir üsul olub-olmayacağı növbəti elmi işlərdən sonra dəqiqləşəcək.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Kaş meyxana deməzdik" - Aydın Xırdalanlı barədə ETİRAF
-
İlk dəfə tısbağa görən pişiyin reaksiyası gülüş doğurdu - VİDEO
-
Bakıda 80 yaşlı qadının hovuz görüntüləri gündəm oldu - VİDEO
-
Acunun komandası millimizin üzvünü istəyir
-
Ağ Evdə UFC gecəsi: Yeni çempion bəlli oldu - VİDEO
-
Dünyaya uşaq gətirən arvadına “Ferrari” hədiyyə etdi - FOTO
XƏBƏR LENTİ
-
"Kaş meyxana deməzdik" - Aydın Xırdalanlı barədə ETİRAF
-
İlk dəfə tısbağa görən pişiyin reaksiyası gülüş doğurdu - VİDEO
-
Sabah Bakıda 31 dərəcə isti olacaq
-
Bakıda 80 yaşlı qadının hovuz görüntüləri gündəm oldu - VİDEO
-
Acunun komandası millimizin üzvünü istəyir
-
Ağ Evdə UFC gecəsi: Yeni çempion bəlli oldu - VİDEO
-
XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
-
Dünyaya uşaq gətirən arvadına “Ferrari” hədiyyə etdi - FOTO
-
Aygün Kazımova Röyaya ad günü hədiyyəsi göndərdi - FOTO
-
Məşhur xanəndə: "O ampula olmasaydı, bu gün həyatda yox idim" - VİDEO
-
Bakının 6 rayonunda yolların təmirinə başlanılır - SİYAHI
-
Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni dövrü
-
Şuşa Bəyannaməsi strateji tərəfdaşlıq münasibətlərini tarixi mərhələyə yüksəldib - Səfirlik
-
Vergi ödəyicilərinin diqqətinə: Şikayətdən əvvəl bunları edin
-
Flora Kərimovanın son vəziyyəti açıqlandı
-
İllər öncə Röya ilə alınmayan duetdən danışdı: "Saçlarımı yolmaq istədim..." - VİDEO
-
"Ulu Öndərin hakimiyyətə qayıdışı ölkəmizin taleyində dönüş anı oldu" - Kamaləddin Qafarov
-
Şüvəlanda it 2 nəfərə hücum etdi
-
"Razılaşma olmasa, zərbələr bərpa edilə bilər" - Tramp
-
Azərbaycan vasitəsilə Ermənistana buğda göndəriləcək
-
Bakıda qayınatanın gəlinə bahalı hədiyyəsi diqqət çəkdi - VİDEO
-
“Şamaxı”nın futbolçusu Ermənistan klubuna keçdi - FOTO
-
Cengiz Kurtoğlu ilə bağlı üzücü xəbər
-
Tanınmış xanəndə ilk dəfə oğlu ilə görüntüsünü paylaşdı





