İdman

Millimiz qalib gəldi - YENİLƏNİB

9 İyun 2026 23:54
Baxış: 2 282
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığması bu gün hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununa çıxıb. 

Milli.Az xəbər verir ki, millimiz San Marino ilə üz-üzə gəlib. Macarıstandakı "Haladaş" stadionunda keçirilən qarşılaşma Azərbaycan yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda Azərbaycan millisi FİFA reytinqində 124-cü, San Marino isə 211-ci pillədə qərarlaşıb. 

Xatırladaq ki, Azərbaycan millisi Avstriya toplanışındakı ilk matçında Maltaya uduzub - 0:2.

Yoxlama oyunu

9 iyun

22:00. Azərbaycan - San Marino - 2:1

Qol: Nanni, 9 (0:1), Rəhman Daşdəmirov, 27 (1:1), Renat Dadaşov, 49 (2:1)
Baş hakim: Marton Ruş (Macarıstan)
Sombatxey, "Haladaş" stadionu

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.