“Məni vurdu, dedi ki, evdə desəm, qiymətimi kəsəcək”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkələrdə Saray qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə müəllimin şagirdə qarşı fiziki zorakılıq göstərməsini əks etdirən videogörüntülər yayılıb.
Milli.Az xəbər verir ki, zərərçəkən şagirdin valideyni hadisənin idman dərsi zamanı fiziki tərbiyə müəllimi tərəfindən törədildiyini iddia edir.
Zərərçəkən şagird C. M hadisə barədə danışarkən bildirib ki, futbol oynayarkən qarşı komandaya qalib gəliblər. Bu zaman rəqib komandadan bir uşaq ağlamağa başlayıb.
C.M sözlərinə görə, yanındakı dostu həmin uşağa "ağla" dediyi üçün aralarında mübahisə düşüb və qarşı tərəf söyüş söyüb.
Daha sonra yaxınlaşan müəllim söyüşü kimin söydüyünü soruşduqda günahı onun üstünə atıblar.
Şagird qeyd edib ki, su içməyə gedəndə müəllim onun başına vurub və suyu bağlayıb:
"Sonra qapının ağzında dayananda mənə şillə vurdu. Qaçmaq istəyəndə isə yenə 2 şillə vurdu. Gedib dostlarımın arxasında gizləndim. Gəlib onları da itələdi. Mənə "paltarlarını dəyişib get. Evdə kiməsə nəsə desən, qiymətlərini aşağı salacağam" dedi".
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən verilən açıqlamada bildirilib ki, ilkin araşdırma zamanı müəllim tərəfindən "Təhsilverənlərin etik davranış Qaydaları"nın pozulduğu müəyyən edilib:
"Bu səbəbdən onun barəsində intizam tənbehi tədbiri görülüb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Bildiririk ki, ümumi təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, şagirdlərin təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə zəruri tədbirlər görülür".
Məlumata görə, polis bölməsində insidentdə adı hallanan müəllimin, həmçinin valideynlərin iştirakı ilə şagirdin izahatı alınıb. Şagirdin aldığı xəsarətin dərəcəsini müəyyənləşdirmək məqsədilə ekspertiza təyin olunub.
Araşdırmalar davam etdirilir. (baku.tv)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
COVID-19-un mənşəyi ilə bağlı yeni iddialar yayıldı
-
Kəsilmiş qarpızı nə qədər saxlamaq olar?
-
Hamam böcəklərindən necə qurtulmaq olar? - Effektli üsullar
-
Dünyanın ən gözəl sözü seçildi - mənası insanı heyrətləndirir
-
Dondurucudan gələn zəhər - həkimlərin almağı məsləhət görmədiyi ucuz balıq
-
Toyuq ətinin yaratdığı ciddi risklər: Alimlərdən yeni araşdırma
-
Sabah Bakı və İsmayıllının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda qətl hadisəsi baş verib
-
Gəncədə baba və nəvəsini moped vurdu
-
Bakıda 35 milyonluq park salınır
-
Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı
-
Azərbaycanda polkovnik vəfat etdi - FOTO
-
"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad
-
Notarius ilk məhkəməsində həbs edildi
-
Ən çətin bağışlayan bürclər
-
Azərbaycan XİN Fransanın Martin Rayanla bağlı bəyanatını qətiyyətlə rədd edib
-
Avropa Liqası: ÇSKA və "Qarabağ" komandalarının start heyətləri bəlli olub
-
Böyük səhvin bir addımlığında: Hansı bürclər fasilə verib istirahət etməlidir
-
Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib
-
Bu gün “Neftçi”nin oyunu var - Start heyətlər
-
Afaq Bəşirqızı nəvəsini hərbi xidmətə yola saldı - (Foto)
-
Kiberpolis fişinq şəbəkəsinin daha iki üzvünü saxladı
-
Əlağa İsmayılov Ukraynadan Azərbaycana ekstradisiya olunacaq
-
Evli biri ilə eşq yaşaması iddialarına cavab verdi





